هذه الخدمة مُتوفّرة أيضًا بلغتك. لتغيير اللغة، اضغطEnglish
Best analytics service

Add your telegram channel for

  • get advanced analytics
  • get more advertisers
  • find out the gender of subscriber

all posts HƏRBİ XƏBƏRLƏR

🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ 📲  @Shahmuradov_002  
عرض المزيد
65 259-60
~11 763
~35
16.99%
تقييم تيليجرام العام
عالميًا
15 653المكان
من 78 777
8المكان
من 63
في الفئة
900المكان
من 3 169
أرشيف المنشورات
🇮🇷⚡️ Kioumars Heydəri, İran Ordusunun Quru Qoşunlarının komandanı: “İran Silahlı Qüvvələri istənilən səviyyədə, istənilən vaxt və istənilən yerdə istənilən təhlükəyə qarşı dayanmağa hazırdır. İranın düşmənləri bilsinlər ki, barmağımız tətikdədir və biz istənilən təcavüzə qarşı dayanmağa hazırıq”.
6 055
6
🇹🇷 Türkiyə Süperligasında Derbi günü 🇹🇷 Fenerbahçe yoxsa Galatasaray🇹🇷 Möhtəşəm oyuna Betbuta Bot ilə mərc edin! ❗Aşağıdakılar sənin istədiyin komfortdursa başqa ünvan axtarmayın!❗ 💴 Sürətli və Komissiyasız Depozit və Çıxarış 🏆 Yüksək Əmsallar və Təxminlər 🎁 Bol Bonus və Kampaniyalar ✅ Sayta keçid edərək ətraflı məlumat əldə edin. 🖥 Mərc etməyə başla : ✅ Ətraflı:
6 258
2
DSX tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında dəyəri təqribən 300.000 AZN məbləğində aksiz markasız 146.790 (yüz qırx altı min yeddi yüz doxsan) qutu tütün məmulatı aşkar olunaraq götürülüb!
6 644
6
🇮🇷⚡️İsrailin Livanda etdikləri beynəlxalq təhlükəsizliyi təhlükə altına qoydu və soyqırıma yeni qapı açdı, - İran Baş Qərargah rəisinin müavini Aştiani
6 980
2
🇩🇪❗️Ukraynanın məğlubiyyəti almanlara indiki və gələcək dəstəkdən qat-qat baha başa gələcək - Almaniyanın müdafiə naziri Boris Pistorius həmçinin bildirib ki, Ukrayna Rusiya Federasiyası ilə hər hansı güzəştə getməyə borclu deyil.
8 514
2
🇮🇱⚡️İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Livanın Beyrut şəhərinə hava hücumu və sui-qəsd cəhdindən əvvəl Şimal Komandanlığının rəisi və bölmə komandirləri ilə görüş keçirib.
8 678
0
Qarabağ Universitetinin tələbələri Prezidenti böyük coşqu ilə qarşıladılar:

IMG_1383.MP4

8 910
3
🇮🇷❗️ İranın Beyrutdakı səfiri bildirib ki, Livanda partlamış peycerlər yalnız xəstəxana və uşaq bağçalarında İsraildən hava hücumları barədə xəbərdarlıq almaq üçün istifadə edilib.
8 807
2
🇮🇷❗️ İranın Beyrutdakı səfiri bildirib ki, Livanda partlamış peycerlər yalnız xəstəxana və uşaq bağçalarında İsraildən hava hücumları barədə xəbərdarlıq almaq üçün istifadə edilib.
1
0
⚡ Siz Hələdə Betprizin Tətbiqini yükləməməsinizsə bu gün böyük fürsət sizinlədir! ✅✅ 50% APK BONUSU  ✅✅ ✅  Promosyon yalnız mobil tətbiqimizi yükləyən istifadəçilər üçün yaradılıb. Depozit etdikdən sonra mərc etmədən əvvəl yüklədiyiniz mobil tətbiqimizin ekran görüntüsünü canlı dəstəyə təqdim edərək promosyonu tələb etməlisiniz. Nümunə: 100azn depozit etsəniz 50azn bonus əldə edəcəksiniz. Betpriz ilə gözəl həftəsonu və qazanc arzuıayırıq💰 ✅ Betpriz APK : 🟢 Betpriz məlumat:
عرض المزيد ...
8 832
2
İtkin şəhid Mübariz Məmmədov Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

IMG_1381.MP4

8 497
0
Azərbaycan XİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.
8 781
0
🇦🇿Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ilk dəfədir qeyd olunur. Prezident İlham Əliyevin bu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün - sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən bir il ötür.
عرض المزيد ...
9 788
3
🇦🇿🇮🇹 Azərbaycan Ordusunun Baş Qərargah rəisi italiyalı həmkarı, admiral Cuzeppe Kavo Draqone ilə görüşüb.
10 203
1
Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
10 678
5
🥀 Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur.
10 627
1
VƏTƏN MÜHARİBƏSİNDƏN ANTİTERROR ƏMƏLİYYATINA APARAN YOL 03.08.2022-ci il. Azərbaycan Ordusunun “Qisas” əməliyyatı.

IMG_1218.MP4

11 299
9
🇦🇿❗️24 saatlıq antiterror əməliyyatından bəhs edən sənədli film “Səbrin sonu”

IMG_1212.MP4

10 615
20
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid sentyabrın 20-si dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məmmədov Mübariz İlyas oğlu Bakının Nizami rayonu Keşlə qəsəbəsinin, Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlu Sumqayıt şəhərinin, Rüstəmov Tərlan Kamal oğlu Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsinin, Qəhrəmanov Bilal Qəhrəman oğlu isə Gədəbəy rayonunun Şəhidlər xiyabanında dəfn olunacaqlar.
عرض المزيد ...
10 486
2
🇺🇸❗️Livanda peycerlərlə əməliyyatı İsrail təşkil edib, The New York Times Amerika rəsmilərinə istinadən yazır. Onların sözlərinə görə, israillilər Tayvan istehsalı olan peycerlərin yeni partiyasında “partlayıcı qurğu yerləşdiriblər”. İsrail kəşfiyyat agentliyi Mossad, Hizbullah tərəfindən sifariş edilən Tayvan istehsalı olan 5000 peycerə partlayıcı yerləşdirə bilər, Reuters də Livandakı yüksək səviyyəli təhlükəsizlik mənbəsi də daxil olmaqla bir sıra mənbələrə istinadən xəbər verir.
10 615
3
🇹🇷 "Bayraktar AKINCI" TOLUN İİR ilə həyata keçirdiyi sınaq atışında hədəfini tam dəqiqliklə vurub “Zəfər" paketi üçün YALNIZ 3.99₼ ödəniş et Netflix, Youtube Premium, Blu Tv və Amazon Prime video verilsin. Digər məhsullar: Spotify, Exxen, Duolingo Plus, Canva Pro, Adobe Creative Cloud, İPTV (Beinspor, exxen, laliga, serie a ligaları yayımı 30.000+ canal) mövcuddur. Aşağı link-ə kliklə, nömrəyə yaz.✅” Əlaqə:

IMG_1195.MP4

10 433
0
❗️🇷🇺 Ukrayna ordusu Mariupolda Neptun raketi ilə rusların böyük silah-sursat anbarını vurub “Zəfər" paketi üçün YALNIZ 3.99₼ ödəniş et Netflix, Youtube Premium, Blu Tv və Amazon Prime video verilsin. Digər məhsullar: Spotify, Exxen, Duolingo Plus, Canva Pro, Adobe Creative Cloud, İPTV (Beinspor, exxen, laliga, serie a ligaları yayımı 30.000+ canal) mövcuddur. Aşağı link-ə kliklə, nömrəyə yaz.✅” Əlaqə:
10 598
3
🎮🎬 Skyflix Azərbaycan🇦🇿 hərkəsin cibinə uyğun ucuz və keyfiyyətli rəqəmsal məhsulları təklif edir. 1 Sentyabr - 8 Sentyabr aralığında möhtəşəm endirimlər və kampaniyalar mövcuddur. ❤️ 💳TAKSİT KARTLARI KEÇƏRLİDİR. 12 aya qədər böldürmək mümkündür. (BİRKART VƏ TAMKART) 🇦🇿 “Zəfər Paketi” - 3.99AZN (Netflix, Youtube Premium, Blu Tv, Prime Video hamısı yalnız 3.99AZN-a verilir.) Aylıq abunəliklər✅ 🎧Spotify - 4.99AZN 🖥️CapCut Pro - 4.99AZN 📺Youtube Premium - 2.99AZN 💫FaceApp Pro - 4.99AZN Ömürlük və İllik abunəliklər ✅ ▫️Ömürlük CanvaPro - 5.99AZN ▫️CapCut Pro İllik - 14.99AZN ▫️Spotify İllik - 14.99AZN ▫️Youtube Premium İllik - 19.99AZN ▫️FaceApp Pro İllik - 19.99AZN ▫️Ömürlük Duolingo Plus - 7.99AZN 💬Əlaqə:
عرض المزيد ...
7 299
1
❗️🇦🇿🇹🇷Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadəni qəbul edib.
9 873
1
Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib. Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Bildirilib ki, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.
10 419
2
⚡ Rusiya Ermənistana silah-sursat tədarükünü bərpa edib. Mənbələrin verdiyi məlumata görə, Moskva İrəvana Smerç MLRS üçün çoxlu sayda raket göndərməyə başlayıb. Bu isə Ermənistanın revanşist və təcavüzkar planlarını gücləndirir. Ermənistan Rusiyadan raket idxalını gizlətməyə çalışsa da, rəsmi Bakı bundan xəbərdardır və müvafiq nəticələr çıxarır. (c) Caliber
10 324
11
🇦🇲🇫🇷🇺🇦Fransanın Ukraynada PUA və texnika üçün istehsal etdiyi avadanlıqların 30%-i Ermənistana ayrılır Fransa şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları və texnika üçün istehsal etdiyi avadanlıqların bir hissəsi Ermənistana ayrılır. Qərbdəki diplomatik mənbənin APA-ya verdiyi məlumata görə, istehsalın tam 30 faizi Ermənistan üçün nəzərdə tutulub. Mənbə onu xüsusi qeyd edib ki, artıq ilk yüklərin göndərilməsi də həyata keçirilib. Məlumata görə, bu ilin yayından Fransanın üç müdafiə sənayesi şirkəti pilotsuz uçan aparatlarının komponentləri və müxtəlif texnikaların, o cümlədən zirehli texnikaların ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb. Birbaşa Fransa Müdafiə Nazirliyinin nəzarətində həyata keçirilən layihənin məqsədi Ukraynaya Rusiya ilə münaqişədə dəstək olmaq kimi açıqlansa da, daha sonra Ermənistan üçün də silah təminatına başlanılıb. Layihədə iştirak edən şirkətlərə tank istehsalçısı KNDS - fransız Nexter və alman Krauss-Maffei-Wegmann tərəfindən yaradılmış holdinq strukturu daxildir. Qeyd edək ki, Fransa artıq Ermənistana “CAESAR” özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilər, “Bastion” zirehli maşınları və digər hərbi təyinatlı məhsullar tədarük edir.
عرض المزيد ...
9 976
8
❗️❗️❗️ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilati dəstəyi ilə “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib və burada 50-yə yaxın ölkənin kəşfiyyat xidmətlərinin nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub. ▪️Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev beynəlxalq terrorizmə qarşı mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinə əlaqələndirilmiş dəstəyin vacibliyini qeyd edib. O, tədbirin ölkələrin təhlükəsizlik strukturları üçün ümumi maraq doğuran məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb.
عرض المزيد ...
10 678
1
Rusiya Prezidenti Vladimir Putinin fərmanıyla Rusiya silahlı qüvvələrinin şəxsi heyəti 2 milyon 389 min nəfərə qədər artırılıb. Bununla Rusiya ordusunda hərbi qulluqçuların sayı 180 min nəfər artırılaraq 1,5 milyon nəfərə çatdırılıb. 9 ay əvvəl Rusiya ordusunun şəxsi heyətinin sayı 170 min nəfər artırılaraq, 2 milyon 209 min 130 nəfərə çatdırılmışdı. Bu rəqəmlər Rusiyanın Ukrayna müharibəsində itklərindən və itkilərin yerini yeni hərbçilərlə doldurmasından xəbər verir. Bu müharibə rusiyalı hərbçilərin kütləvi ölüm yerinə çevrilib. Kreml gəncləri müharibəyə cəlb etmək üçün onlara şirnikləndirici müqavilələr imzalatdırır. Bır sıra hallarda bu müqavilələr zorla və aldadılaraq imzalatdırılır. Kreml ölkə vətəndaşlarıyla yanaşı Rusiyada fəhləlik edən millətləri də ölümə göndərmək üçün hiyləgər plan reallaşdırır. Misal üçün Hindistandan Rusiyaya işləməyə gedən hindliləri aldadaraq əllərinə silah verib müharibə bölgəsində göndərmişdilər. Onlardan neçəsi öldü. Sağ qalan hindlilər Hindistan hökumətinə müraciət edərək onları bu ölümdən xilas etməyə çağırdılar. Narendra Modi üçüncü dəfə Hindistanın baş naziri seçilən kimi birinci Rusiyaya səfər edib Putindən xahiş etdi ki, aldadılan vətəndaşlarını geri qaytarsın. Putin Modinin xahişini yerinə yetirdi. Maraqlısı odur ki, Putin hindlilərin aldadılaraq müharibəyə göndərilməsinə görə kimin məsuliyyət daşımasını müəyyənləşdirmədi. Hazırda eyni durumla Azərbaycan vətəndaşları üzləşiblər. Çeçenistana işləməyə gedən bir qrup Azərbaycan vətəndaşına zorla sənəd imzalatdırıb Ukrayna ilə müharibəyə yollayıblar. Oxşar halların baş verəcəyini aylar öncə proznozlaşdırmışdım, bir neçə dəfə internet televiziyalardan vətəndaşlarımıza çağırışım olmuşdu ki, onları aldadıb və ya şirniklədirib ölümə göndərəcəklər. Azərbaycan Xarici İşlər Nazirliyinin və digər müvafiq qurumlarımızın Rusiyada yaşayan və işləyən həmvətənlilərə müraciəti olmalı, onları ölümün çaynağından qurtarmalıdırlar. Çünki belə hallar təkrarlanacaq. Kreml müharibəni dayandırmaq istəmədiyindən daima ölümə göndərməyə canlı qüvvə axtaracaq. Müəllif Elxan Şahinoğlu
عرض المزيد ...
11 364
9
❗Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülh üçün bundan sonra da səylərini əsirgəməyəcək
10 658
1
Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib. Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.
11 654
4
Şuşa şəhərində 33 ildən sonra ilk zəng çalınıb.

IMG_1112.MP4

11 743
7
🇦🇲🇬🇪 Ermənistan Baş naziri Nikol Paşinyan sabah Gürcüstana rəsmi səfər edəcək. - KİV
12 045
3
♥️ Betbuta bot ilə Telegram-da ən yaxşı mərcinizi edəcəksiniz! 👍 Hər kəs qazandı,  Şans sırası səndədir! 🪙 Oynamağa və real pul qazanmağa başlamaq üçün   daxil olun ! 💰 ➡️ Ətraflı :

IMG_1060.MP4

11 040
1
❗️🇷🇺 Ukrayna SQ Kursk vilayətində Rusiya SQ-nin yerləşdiyi qərargahı yüksək dəqiqliklə vurub

IMG_1059.MP4

11 872
5
❗️🇷🇺 “The Times” Rusiyada Britaniyanın “Storm Shadow” raketlərinin əhatə dairəsində olan obyektlərin xəritəsini göstərib. Bu raketlərin mənzilinə 14 aerodrom və hava limanı, həmçinin bir neft emalı zavodu və Rostov-na-Dondakı Cənub Hərbi Dairəsinin qərargahı daxildir.
11 935
2
Ağdərədə FHN-in maşını aşdı - Yanğınsöndürən həlak oldu Ağdərədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qəzaya düşüb. FHN-dən verilən məlumata görə, bu gün saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.
عرض المزيد ...
12 198
3
🇩🇪⚡️Alman qırıcıları Baltik dənizi üzərində Rusiya təyyarələrinin qarşısını alıb. Bu barədə Luftwaffe (Almaniya Hərbi Hava Qüvvələri) məlumat yayıb. Onların sözlərinə görə, bu gün Baltik dənizi üzərində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-142 və Su-30 təyyarələri görüntülənib. Onlar uçuş planı barədə məlumat verməyiblər və transponderi söndürüblər. Rostok yaxınlığındakı Laage aviabazasından və Latviyadakı Lielvarde aerodromundan Almaniyanın Eurofighter qırıcıları müdaxilə etmək üçün səmaya qalxıblar. Onlar Baltik dənizi üzərində Rusiya təyyarələrini müşayiət ediblər.
عرض المزيد ...
11 642
5
♥️ Betbuta bot ilə Telegram-da ən yaxşı mərcinizi edəcəksiniz! 👍 Hər kəs qazandı,  Şans sırası səndədir! 🪙 Oynamağa və real pul qazanmağa başlamaq üçün   daxil olun ! 💰 ➡️ Ətraflı :

IMG_1047.MP4

11 300
1
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.
11 255
3
🇷🇺⚡️Rusiyaya qarşı Qərbin uzaqmənzilli dəqiq silahlarından istifadə NATO ölkələrinin Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirakı deməkdir - Putin
11 738
3
Rus Telegram kanalları Putinin noyabr ayında səfərbərlik elan edəcəyini yazırlar. Qərarın artıq verildiyi deyilir. Radikal addımın ABŞ seçkilərindən dərhal sonra atılacağı təxmin edilir. Bunu təsdiqləyən əsas arqumentlər: ✅ Ukrayna savaşında dialoq qurmaqda iddialı olan Trampın qalib gəlmə şansının əhəmiyyətli dərəcədə azalması; ✅ Rusların mövcud qüvvələrlə Ukrayna ordusunu Kursk vilayətindən çıxara bilməməsi; ✅ Rusiyanın bütün ehtiyat qüvvələrini Donbas cəbhəsinDə cəmləşdirərək imkanlarının tükənməsi; ✅ Astronomik maaşlara baxmayaraq müqavilə ilə vuruşan “kontrakçı” əsgərlərin azalması… Səfərbərliyin elan edilməsi Rusiyada xalq üsyanlarının çıxarılmasına rəvac verəcək. Kreml daxilində fikir ayrılığının və mümkün qırılmaların yaranması Rusiyanı xaosa sürükləyə biləcəkmi? Yaşayıb görəcəyik…
عرض المزيد ...
12 274
12
Qərb Rusiyanın Cənubi Qafqazdakı səhvlərini təkrarlayır ABŞ Konqresinin Helsinki Komissiyası “Ermənistanda demokratiyanın dəstəklənməsi və Qərb gələcəyi” mövzusunda dinləmələr keçirib. Başlıqdan da göründüyü kimi, “demokratiya” və “Qərb gələcəyi” kimi əlamətdar ifadələr işlədilib. Bu dinləmələr Qərbin Ermənistanı dəstəkləmək mövzusuna yanaşmasının bir nümunəsidir ki, burada ermənilərin bütün tezisləri, Azərbaycana qarşı yalan və böhtanlar beynəlxalq hüquqa və regiondakı reallığına məhəl qoymadan istifadə olunub. Ermənistan adından aşağıdakılar çıxış ediblər: - Səfir Daniel Baer - erməni diasporu ilə əməkdaşlıq edən təqaüdçü amerikalı diplomat, hazırda Karnegi Mərkəzində işləyir; - Olesya Vartanyan - Beynəlxalq Məşvərət Qrupundan ayrılandan sonra Ermənistan hökuməti tərəfindən xarici forumlarda çıxış etmək və Azərbaycan əleyhinə layihələr həyata keçirmək üçün seçilib; - Tiqran Qriqoryan - Qarabağ əsilli Ermənistan eksperti, ölkənin Təhlükəsizlik Şurası Katibliyinin keçmiş əməkdaşı, hazırda Armen Qriqoryanın əsas tezislərinin carçısı. Bu mənzərə bizə Osmanlılara və türk dövlətlərinə qarşı müharibədə dəstək qazanmaq, “qədim xristianları” müsəlmanlardan xilas etmək üçün məktub və yalvarışlarla ilk dəfə Qərb paytaxtlarını dolaşan erməni elçiləri xatırladır. Qərbdə dolaşan erməni elçiləri o zaman Rusiyada özlərinə arxa-dayaq tapdılar. ABŞ Konqresində müasir erməni elçilərinin çıxışında Paşinyanın bütün məlum tezisləri səsləndi, İrəvanda hazırlanmış mətnlər oxundu. Burada Ermənistanın Rusiyanı tərk etməsi üçün daha böyük dəstək tələbləri, Ermənistana və Qarabağdakı separatçılara qarşı hərəkətlərinə görə Azərbaycanın cəzalandırılması, digər bir sıra yalan rəvayətlər və yalvarışlar öz əksini tapdı. İrəvan Qərbdən xahiş edib ki, KTMT, Aİİ üzvlüyünü və Rusiya hərbi bazasının mövcudluğunu başa düşürək onları bağışlasınlar. Konqres başa düşdü, bağışladı və Ermənistana kömək edəcəyinə söz verdi. Axı belə vəziyyətdə Ermənistana necə kömək etməmək olar?! Axı Paşinyan “təzyiq altında” BRİKS sammitinə gedir, Rusiya ilə ticarət dövriyyəsini artırmağa “məcbur qalır”, “silah gücü” ilə MDB və Aİİ sammitlərinə qatılır, “şantaj” altında Rusiyanın Ermənistandakı hərbi bazasını, Rusiya sərhədçilərini İran və Türkiyə ilə sərhəddə saxlayır. Qərbin Ermənistanla bağlı siyasəti olduğu kimi davam edəcək, çünki İrəvana dair artıq qərar qəbul edilib, sənədlər imzalanıb (aprelin 5-də Brüsseldə). Azərbaycan mətbuatının o zamanlar yazdıqları, amerikalıların və avropalıların rədd etdikləri bütün məsələlər artıq həyata keçirilir. Amerikalılar USAİD vasitəsilə yardımı ikiqat artırır, hərbi təlimlər keçirir və hərbi müşavirlərini Ermənistanda saxlayır, Aİ sülh fondu vasitəsilə silah təmin edir, Aİ missiyasını gücləndirir, Fransa Ermənistanın büdcə kəsirini birbaşa maliyyələşdirir. Yəni Ermənistanın hərbi xərclərini ABŞ və Aİ maliyyələşdirir!!! Eyni zamanda yüzlərlə yaşayış məntəqəsinin xarabalığa çevrildiyi, ermənilərin yerləşdirdiyi bir milyon yarım minanın olduğu Azərbaycana mikroskopik yardımlar edilir. Biz bütün bunları artıq görmüşük... 25 il ərzində bu rolu Ermənistanı hər cəhətdən təmin etməyə çalışan Rusiya oynayıb, Ermənistanın Azərbaycan ərazilərini işğalını davam etdirməsi üçün İrəvana lazım olan bütün resursları onun ixtiyarına verib. Hətta 2016-cı ildə İskəndərlər də verilib. Bəs Rusiya üçün nəticə nə oldu?! Qərbin Ermənistana sülh müqaviləsi olmadan və antiazərbaycan kontekstində verdiyi dəstək erməni dövlətçiliyinin, qondarma üçüncü respublikanın təməllərində dayanan təcavüzkar siyasətə dəstəkdir. Azərbaycan birtərəfli yanaşmaları qəbul etmir və “yerdə” hərəkətləri ilə, Ermənistanı regional layihələrdən əngəlləməkdə davam edərək, Ermənistanı Konstitusiyanı dəyişməyə məcbur etməklə geosiyasi xətlərin formalaşmasına mane olacaq. Ermənistanın Qərb tərəfindən hərbiləşdirilməsi danışıqlar prosesinə mənfi təsir göstərir, çünki bu, İrəvanın aqressivliyini təşviq edir və regionun problemlərinin həllinə töhfə vermir, əksinə, mövqelərin sərtləşməsinə gətirib çıxarır.
عرض المزيد ...
16 390
3
Bu nə deyir belə?))) P.S Məncə deyir nə p*xa düşmüşük.

IMG_1019.MP4

18 388
46
🇷🇺❗️ Vladimir Putin Rusiya rəsmilərini Qərbin yeni sanksiyalarına cavab olaraq xammal, o cümlədən uranın ixracına məhdudiyyətlər tətbiq etməyi düşünməyə çağırıb. Analitiklər hesab edirlər ki, ən çox ehtimal olunan variant ixracın lisenziyalaşdırılmasıdır ki, bu da Qərb şirkətləri tərəfindən Rusiya xammalının alınmasını çətinləşdirəcək və qiymətlərin artmasına səbəb ola bilər.
18 451
2
🟢Bu həftə şans bizimlə olacaq. Möhtəşəm oyunlar başladı. 15% birbaşa balansınıza yüklənəcək bonusu əldə etmək üçün Betpriz'ə müraciət edin. 😏 Yüksək Əmsallar və Çeşidli Təxminlər 😏 Sürətli depozit və çıxarış 😏 İdeal bonuslar 🤑  Mərc sevər üçün ən önəmli olan 3 xüsusiyyət Betpriz-də cəmlənib. Rahat depozit edərək , yüksək əmsallar ilə mərc edə bilirsiniz. Rahat Çıxarış edərək , sürəti hiss edə bilərsiniz. Şans yanınızda olmasa yüksək faizli məğlubolma bonusundan yararlana bilərsiniz. 🎮 Mərc etməyə başla : 📨 Ətraflı:
عرض المزيد ...
14 745
2
🇫🇮🇺🇦⚡️ Finlandiya Ukraynaya təxminən 118 milyon avro dəyərində 25-ci hərbi yardım paketi təqdim edəcək, Finlandiya dəstəyinin indiyədək ümumi məbləği təxminən 2,3 milyard avro təşkil edəcək.
17 321
2
Azərbaycanla Avropa institutları, xüsusən AŞPA arasındakı növbəti gərginlik nəyə gətirib çıxaracaq!? Azərbaycanın xarici siyasətinin Avropa istiqaməti institusional olaraq üç yarım institutu əhatə edir: - Avropa Şurası (AŞPA daxil olmaqla) - tamhüquqlu üzvlük; - ATƏT - tamhüquqlu üzvlük, funksiyasını itirmiş struktur; - Avropa İttifaqı - qarşılıqlı əlaqələr haqqında sazişi, energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum; - Avropa Siyasi Birliyi - ATƏT-i əvəz etmək üçün hələ ki, yeni yaranan qarşılıqlı fəaliyyət formatı. 44 günlük müharibədən sonra yalnız Aİ danışıqlar prosesində rol oynamaq imkanı əldə etdi. Lakin Aİ Şurasının sədri Şarl Mişelin Qranada Bəyanatını imzalaması səbəbindən bu vasitəçilik missiyası uğursuz oldu. Bununla yanaşı, Aİ institutu olan Avropa Parlamenti (AP) ən radikal anti-Azərbaycan mövqeyi tutdu. Avropa Şurası Parlament Assambleyası (AŞPA) da AP-nin nümunəsi üzrə hərəkət etməyə qərar verdi. Lakin AP-dən fərqli olaraq, AŞPA-da Azərbaycan tamhüquqlu üzvdür və milli nümayəndə heyəti ilə təmsil olunur. Almaniyalı deputat Şvabenin Azərbaycana qarşı təşkil etdiyi böhtan kampaniyası Milli Məclislə AŞPA arasında münasibətlərdə böhrana səbəb olub. Azərbaycan nümayəndə heyəti AŞPA-dakı iştirakını bir il müddətinə dondurdu, bunun ardından isə AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini dayandırdı. AŞPA-nın bu cür münasibətinə səbəb Ermənistan Silahlı Qüvvələrinin qalıqlarını məhv etmək üçün Azərbaycanın sentyabr ayında Qarabağda keçirdiyi antiterror əməliyyatı və Azərbaycanın bütün ərazilərdə suverenliyini bərpa etməsidir. Avropa Azərbaycanın bunu bacarması ilə barışa bilmir, çünki Azərbaycanın maraqları bahasına Avropanın regionda daimi arbitr rolunu oynayacağı nəzərdə tutulurdu. Bir neçə ay ərzində AŞPA-ya üzv olan bir sıra ölkələrin milli nümayəndə heyətləri münasibətlərin normallaşdırılması və Azərbaycan nümayəndə heyətinin təşkilata qayıtması məqsədi ilə AŞPA-ya müraciət ediblər. Lakin bütün bu müraciətlərə məhəl qoyulmayıb. Azərbaycan da öz növbəsində AŞPA-nı parlament seçkilərini izləməyə dəvət etməyib, həmçinin Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasına səs verən hər kəsin ölkəyə girişinə qadağa qoyub. Bu da məntiqlidir, ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyinə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməklə məşğul olan bir qurumun nümayəndələrini ölkəyə dəvət etmək və onlara ölkəyə giriş imkanı vermək nəyə lazımdır?! Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada keçirilən forumda çıxışı zamanı qeyd edib ki, Azərbaycan yalnız öz nümayəndə heyətinin bu qurumda səlahiyyətləri bərpa edildikdən sonra AŞPA üzvlərinin ölkəyə səfərinə qoyulan qadağanı aradan qaldıracaq. Azərbaycanın bu konstruktiv mövqeyi AŞPA-da, xüsusən də deputat Şvabe və onun əlaltıları arasında hiddətlə qarşılanıb. Tərəflər arasındakı böhranın növbəti kəskinləşməsi bu yaxınlarda baş verib. Belə ki, Avropa Azərbaycanı İşgəncələrə Qarşı Komitə ilə, yəni ittiham edilərək həbs olunan erməni separatçıları mövzusunda əməkdaşlığa məcbur etmək istəyir. Bu davranış cavabsız qala bilməz. Azərbaycan ərazi bütövlüyü və ədalətin bərpası mövzusuna heç bir kənar müdaxiləyə imkan verməyəcək. Bakı həbs edilmiş 23 Ermənistan vətəndaşı mövzusuna məhz belə yanaşır. Əgər ərazi bütövlüyünə, suverenliyinə, ədalətin bərpasına görə Azərbaycan Avropa Şurasından çıxmalı olsa, bu, baş verəcək! Və heç kim buna şübhə etməsin! Fikir mübadiləsi aparılan diplomatik mənbələrdən məlum olur ki, Azərbaycan hadisələrin bu cür inkişafına hazırlaşıb və növbəti antiazərbaycan addımlarını gözləmədən Avropa Şurasından çıxmaq üçün addımlar ata bilər. Azərbaycan Prezidenti İlham Əliyev normallaşmanın hansı şərtlərdə baş verə biləcəyini qeyd edib. Bu şərtlər yerinə yetirilməsə, təşkilatdan çıxış prosesinə start veriləcək!
عرض المزيد ...
17 225
4
🇺🇦🇷🇺 Zelenski: ▫️“Rusiya Silahlı Qüvvələri Kursk vilayətində əks-hücum əməliyyatına başlayıb, hər şey bizim Ukrayna planımıza uyğun gedir.
17 561
3
🇬🇧🇺🇦⚡️Britaniya Ukraynaya Rusiyanı “Storm Shadow” raketləri ilə vurmağa icazə verib. The Guardian
19 530
6
SON DƏQİQƏ❗️Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub Sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
19 248
9
🇺🇸🇺🇦⚡️ABŞ oktyabr ayında növbəti paketlərdən birində Rusiya ərazisinə zərbələr endirmək icazəsi ilə JAASM hava-yer tipli qanadlı raketlərini Ukraynaya təhvil verəcək
18 193
11
Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri (III hissə) Azərbaycan nə edir?! Hazırda dünya nizamı dərin böhran içindədir. Mövcud qlobal təhlükəsizlik arxitekturası öz effektivliyini itirib, beynəlxalq maliyyə sistemi sanksiyalar üçün alətə çevrilib. Prosesin sonu hələ də görünmür, yeni oyun qaydalarının nə zaman bərqərar olacağı isə məlum deyil. Qlobal qarşıdurma tərəflərinin nüvə dövlətləri olması onlardan hər hansı birinin açıq müharibədə qələbəsini mümkünsüz edir. Bu, dünya miqyasında qeyri-müəyyənlik şəraitinin hələ xeyli müddət davam edəcəyini vəd edir. Mövcud qlobal təhlükəsizlik və idarəetmə sisteminin artıq işləmədiyi, yenisinin isə hələ formalaşmadığı bir zamanda Azərbaycanın atdığı addımlar onun geosiyasi identikliyindən irəli gəlir və rəsmi Bakının tarixi-mədəni coğrafiyamızda baş verənlərə reaksiyasıdır. Azərbaycan ilk gündən Cənubi Qafqaz və qonşularını bir araya gətirən 3+3 formatının iştirakçısıdır. Türkiyə ilə müttəfiqliq münasibətlərini rəsmiləşdirərək regionda dominant mövqelərə yiyələnmək istiqamətində addımlar atılır. 3+3 formatında iştirak etməyən Gürcüstanla məhz Azərbaycan və Türkiyə üçtərəfli əməkdaşlıq formatını dərinləşdirərək regional güc mərkəzinə çevrilməkdədir. Avropa istiqamətində artıq regional idarəetmə sisteminin yeni elementi kimi çıxış edən Avropa Siyasi Birliyi yaxın gələcəkdə ATƏT-ə alternativ ola bilər. Bu formatın öncəkindən əsas fərqi onun daxilində ABŞ və ya Rusiya kimi dominant tərəflərin olmamasıdır. Azərbaycan burada Şərqi və Cənub-Şərqi Avropa dövlətlərinin simasında özünə xeyli tərəfdaş qazanmağı bacarıb. Əgər Avropa Siyasi Birliyi də sonradan “yeni ATƏT-ə” çevrilsə, Bakı öz mövqeyini bəyan edəcək. Postsovet məkanına nəzər salsaq, Azərbaycan MDB-nin üzvü olaraq qalır. Bu təşkilat bir sıra üzvlərini itirməklə xeyli zəifləsə də, Bakı regional miqyasda hələ də mövcud platforma rolunu oynayan bir tribunadan özünü məhrum etmək fikrində deyil. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli qaydada, həm də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri, TDT, ŞƏT kimi formatlar və təşkilatlar vasitəsilə ən yüksək səviyyədə əlaqələrini dərinləşdirir. Digər Asiya dövlətlərilə münasibətlər də diqqətdən kənarda qalmır. Bakı Pakistanla yanaşı artıq Çinlə də strateji əməkdaşlıq qurur, Əfqanıstanla əlaqələr saxlayır. Yaxın Şərqə gəlincə, burada bölgə dövlətləri arasında uzun illərdir davam edən ədavət səbəbindən bütün regionu əhatə edən ümumi idarəetmə sistemi hələ də mövcud deyil. Buna baxmayaraq, Azərbaycan region ölkələrilə ikitərəfli əməkdaşlığı inkişaf etdirməklə yanaşı, Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Təşkilatı ölkələri ilə də davamlı münasibətlər qurub. Nəqliyyat kommunikasiyaları sahəsində Azərbaycan Şimal-Cənub, Şərq-Qərb (Orta Dəhliz) layihələri üçün vacib olan infrastrukturu fəal şəkildə formalaşdırır. Bu yolla Bakı həm qlobal, həm də regional oyunçuların diqqətini özünə çəkir, Azərbaycanı dünya miqyasındakı təchizat zəncirlərinin vacib halqasına çevirmək niyyətindədir. Enerji təhlükəsizliyi qlobal gərginliyin artdığı bir zamanda getdikcə daha böyük əhəmiyyət daşımağa başlayır. Belə şəraitdə Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri hesabına öz enerji ixracının coğrafiyasını genişləndirmək, eləcə də ixracın strukturunu zənginləşdirməklə (neft-qazla yanaşı, yaşıl enerji) qlobal enerji təhlükəsizliyinə töhfələr verir. Beləliklə də, Azərbaycan fərqli tarixi-mədəni coğrafiyalara məxsus olmanın verdiyi imkanlardan maksimum istifadə edir. Bakı BRİCS, Qoşulmama Hərəkatı, COP və İƏT kimi dünya miqyaslı platformalar vasitəsilə BMT-dəki islahatlar, eləcə də Bretton-Vud sisteminə alternativin yaradılması kimi qlobal diskurslarda iştirak edir. Burada əsas məqsəd Azərbaycanın səsini dünya ictimaiyyətinə çatdırmaq, öz ətrafına daha çox tərəfdaşlar toplamaq və ən əsası - açıq qarşıdurma dövründə bütün tərəflərin Azərbaycanın təhlükəsizliyində maraqlı olmasını təmin etməkdir. Məqalə ilə tam şəkildə burada tanış ola bilərsiniz:
عرض المزيد ...
Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri | CSSC
Müasir qlobal təhlükəsizlik və idarəetmə sistemi İkinci Dünya müharibəsindən sonra formalaşıb. Bu sistemin əsasında Birləşmiş Millətlər Təşkilatı (BMT), xüsusilə də onun Təhlükəsizlik Şurası (TŞ) dayanıb. Beş daimi üzvün (ABŞ, SSRİ/Rusiya, Çin, Britaniya, Fransa) həlledici rol oynadığı Şura bir növ qlobal təhlükəsizlik çətiri rolunu oynayıb. Belə ki, beynəlxalq sülhün və təhlükəsiz
17 380
2
Vətən Müharibəsi Qazisi Zaur Həsənov rəhmətə gedib! Allah rəhmət etsin!
18 031
4
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini general-leytenant Xanbala Orucova ağır itki üz verib. “Qafqazinfo”nun məlumatına görə, generalın atası Tubail Orucov dünyasını dəyişib. Allah rəhmət eləsin!
18 309
6
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
17 414
4
MN-in Hərbi Polis İdarəsi və hərbi hissələrin maliyyə-xidmət rəisi olan şəxslə bağlı qərar verilib Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyev barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sadıq Hacıyev 11 il müddətində azadlıqdan mərhum edilib.� Qeyd edək ki, Sadiq Hacıyevin 1.5 milyon manat mənimsəmədə ittiham olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, Sadiq Hacıyev Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib.
عرض المزيد ...
18 013
9
Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri (II hissə) Azərbaycanın geosiyasi identikliyi: Biz haradayıq? Azərbaycan tarixən formalaşmış olduqca mürəkkəb və çoxtərəfli geosiyasi identikliyə malikdir. Bu identikliyi təşkil edən amilləri onların xarakteri və əhəmiyyətinə görə iki qismə ayırmaq olar: - Təbii və dəyişməz qalan təməllər; - Sonradan yaradılan və zamanla dəyişməsi mümkün olan əsaslar. Azərbaycanın geosiyasi identikliyinin dəyişməz amilləri aşağıdakılardır: - Tarix (Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq, Rusiya İmperiyasının və SSRİ-nin bir hissəsi); - Coğrafiya (Avropa qitəsinin bir hissəsi); - Dini mənsubiyyət (İslam aləmi); - Dil/mədəniyyət (Türk dünyası). Hazırda Azərbaycanın MDB üzvü olması onun yaxın tarixi keçmişindən qaynaqlanır. Avropa qitəsinin bir parçası olduğu üçün Azərbaycan ATƏT-in fəaliyyətində yaxından iştirak edir. Dini mənsubiyyətinə görə Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının ən fəal üzvlərindəndir. Ortaq dil və mədəniyyət isə Azərbaycanı Türk Dövlətləri Təşkilatının ideya müəllifi və qurucularından birinə çevirib. Bu təməllər uzun illərdir Azərbaycanın xarici siyasətinin təbii və dəyişilməz əsaslarını təşkil edir. Onlardan hər hansı birinə üstünlük verilərsə, digəri mütləq şəkildə zərər görəcək. Bunu nəzərə alaraq, rəsmi Bakı daim balanslaşdırılmış xarici siyasət həyata keçirməyi tərcih edir. Müstəqillik illərində Azərbaycan geosiyasi identikliyi sadalanan dəyişməz amillərlə yanaşı, yeni elementlərlə zənginləşdirilib: - Enerji axınları; - Nəqliyyat və logistika imkanları; - Qoşulmama Hərəkatı və antimüstəmləkə cərəyanı; - COP və qlobal iqlim gündəliyi. Hazırda Azərbaycan öz enerji ixracının xəritəsini genişləndirir. Eyni zamanda, ixrac edilən enerji daşıyıcılarının strukturu da dəyişir, burada neft və qaz kimi ənənəvi mənbələrlə yanaşı yaşıl enerjininçəkisi artır. Bakı Şimal-Cənub və Şərq-Qərb (Orta Dəhliz) layihələrini uğurla inkişaf etdirir, beynəlxalq nəqliyyat marşrutlarının yeni şaxələrini inşa edir. Həmçinin, Azərbaycan Qoşulmama Hərəkatının liderlərindən biri olaraq böyük dövlətlərin müstəmləkəçi siyasətindən əziyyət çəkən kiçik dövlətlərə və azsaylı xalqlara dəstək verir. Bununla yanaşı, COP 29-a ev sahibliyi etməyə hazırlaşan Bakı olduqca aktual xarakter daşıyan qlobal iqlim müzakirələrindən də geri qalmır. Bu cür mürəkkəb, qarışıq və çoxtəbəqəli geosiyasi identiklik həm böyük imkanlar, həm də çoxsəviyyəli risklər yaradır. Azərbaycanın xarici siyasəti mövcud imkanlardan məharətlə istifadə edir, risklərin təsirini minimuma endirir. Azərbaycan mövcud təhlükəsizlik və idarəetmə sisteminin artıq işləmədiyini hamıdan əvvəl anlayıb. 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən fərqli ölkələrin koalisiyası, müharibə dövründə və sonra BMT TŞ-da, ATƏT və Aİ-də formalaşan həmlələri dəf etmək imkanları məhz geosiyasi identikliyin çoxtəbəqəliyindən irəli gələn imkanlardan məharətlə istifadəsinin nəticəsi idi. Bununla belə, dünya sürətlə dəyişir və açıq qarşıdurma mərhələsinə qədəm qoyur. Artıq kiçik dövlətlərin xarici siyasəti məhdudlaşır və onlar güc mərkəzlərinin fəal maraq obyektinə çevrilir. Kiçik dövlətlər hərbi əməliyyatlar teatrının bilavasitə yaxınlığında yerləşirsə və ya onların ərazisində münaqişələr mövcuddursa, həmin dövlətlərin öz iradəsinə zidd olaraq qlobal qarşıdurmaya cəlb edilməsi riski yaranır. Mürəkkəb geosiyasi identiklik daxili parçalanmaya da təsir edir. Hakimiyyətin əsas vəzifələrindən biri milli məqsədlər ətrafında həmrəyliyə nail olmaqdır, çünki daxili parçalanma böyük dövlətlərə daha kiçik dövlətlərin xarici siyasətini nəzarətə götürmək imkanı yaradır. Beləliklə, qlobal və regional sistemlərin iflic vəziyyətə düşməsi və yeni sistemlərin formalaşmadığı şəraitində Azərbaycan əsas problemini həll etmiş oldu. Bu mürəkkəb şəraitdə təhlükəsizliyi və iqtisadi inkişafı təmin etməklə yanaşı, rəsmi Bakının qarşısında qlobal və regional sistemlərin yenidən formalaşmasında iştirak etmək kimi vəzifələr dayanır.
عرض المزيد ...
11 209
2
❗️🇦🇿Zakir Həsənov: "Ermənistanın silahlanma siyasətini davam etdirməsi sabitlik üçün ciddi təhdiddir"
12 371
2
🇺🇸🇬🇧🇺🇦❗️Bayden cümə günü Böyük Britaniyanın baş naziri ilə Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirmək icazəsini müzakirə etmək niyyətindədir - Blinken
13 390
2
Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib.
12 979
2
Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri (I hissə) Qlobal sistemin böhranı: Kompromisdən qarşıdurmaya keçid Müasir qlobal təhlükəsizlik və idarəetmə sistemi İkinci Dünya müharibəsindən sonra formalaşıb. Bu sistemin əsasında Birləşmiş Millətlər Təşkilatı (BMT), xüsusilə də onun Təhlükəsizlik Şurası (TŞ) dayanıb. Beş daimi üzvün (ABŞ, SSRİ/Rusiya, Çin, Britaniya, Fransa) həlledici rol oynadığı Şura bir növ qlobal təhlükəsizlik çətiri rolunu oynayıb. Belə ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məhz ona həvalə edilib. Qlobal siyasi sistemə paralel olaraq, ümumdünya maliyyə-iqtisadi sistemi də yenidən qurulub. Bretton-Vud razılaşmaları ilə qızıl standartına əsaslanan əvvəlki beynəlxalq maliyyə və ticarət hesablaşmaları ABŞ dollarına əsaslanan bugünki sistemlə əvəzlənib. Məhz bu razılaşmaların nəticəsi olaraq Dünya BankıBeynəlxalq Valyuta Fondu kimi qlobal maliyyə institutları meydana çıxıb. Regional səviyyədə bir-birinə əks olan iki hərbi ittifaq - Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Varşava Müqaviləsi Təşkilatı formalaşsa da, onların arasında konsensus bərqərar olub. Regional miqyasda siyasi mübahisələri həll etmək üçün isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) qurulub. Ötən əsrin 90-cı illərində Sovet İttifaqının dağılmasından sonra Qərbmərkəzli dünya idarəetmə sistemi dominant mövqeyə yiyələndi. Əvvəllər Varşava blokunun üzvü olan Şərqi Avropa dövlətləri, eləcə də SSRİ-nin tərkibindəki Baltikyanı ölkələr NATO düşərgəsinə qoşuldu. Digər postsovet ölkələri, o cümlədən də Mərkəzi Asiya respublikaları isə ATƏT-ə qatıldı. Bu sistem yalnız yeni minilliyin ikinci onilliyinədək davam gətirməyi bacardı. Qeyd olunan dövrədək ara-sıra siyasi münaqişələr və iqtisadi təlatümlər baş versə də, problemlər mövcud təhlükəsizlik sistemi daxilində öz həllini tapırdı. Lakin 21-ci əsrin ikinci onilliyində Rusiyanın toparlanması və Çinin yüksəlişi onların öz iddialarını ortaya qoyması ilə nəticələndi. Qlobal təhlükəsizlik və idarəetmə sistemindəki ilk böyük çat Suriya münaqişəsi fonunda yarandı. Bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq istəyən Qərb uğursuzluğa düçar oldu. Ukraynadakı qarşıdurma isə yaranmış çatı daha da dərinləşdirərək beynəlxalq sistemin sonrakı fəailiyyətini mümkünsüz etdi. Qərbin bu ölkədəki uğurunun qarşısını dinc vasitələrlə ala bilməyən Rusiya yeganə çıxış yolu kimi müharibəni seçdi. Məhz Ukrayna müharibəsi müasir ümumdünya təhlükəsizlik və idarəetmə sistemini iflic vəziyyətinə saldı. Bu sistemin əsasını təşkil edən BMT TŞ-da hər zaman mövcud olmuş rəqabət artıq əsl düşmənçiliklə əvəzləndi. Beləliklə də, Suriya və Ukrayna müharibələri İkinci Dünya müharibəsindən sonra formalaşan qlobal və regional təhlükəsizlik sisteminin çöküşünə gətirib çıxardı. Dünya miqyasında BMT, regional səviyyədə isə ATƏT öz funksiyasını itirdi. Məhz bu səbəbdən hazırda BMT və onun TŞ-da islahatların aparılmasının vacibliyi gündəmə gətirilir. ATƏT-lə bağlı isə fərqli təşəbbüslərin şahidiyik. ABŞ öz dominantlığı ilə ATƏT-i qorumaq istədiyi halda, Avropada ABŞ-sız və Rusiyasız Avropa Siyasi Birliyi formatına üstünlük verilir. Avropa İttifaqı sadəcə iqtisadi güclə yanaşı daha müstəqil geosiyasi və hərbi güc kimi çıxış etmək niyyətindədir. Hər iki təşəbbüsün aqibəti Ukrayna müharibəsinin nəticəsinə bağlıdır. Bu müharibəyə görə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Kremllə əməkdaşlıq edən bir sıra ölkələr üçün ümumdünya ticarət və hesablaşmalar sistemini qeyri-işlək hala gətirib. Odur ki, hazırda qlobal maliyyə idarəetmə sistemində də beynəlxalq valyuta kimi dollara əvəz axtarılır, yerli valyutalara əsaslanan alternativ hesablaşma mexanizminin yaradılmasına cəhd edilir. Bir sözlə, hazırda dünya olduqca mürəkkəb və qeyri-müəyyən tarixi zaman kəsiyindən keçir. Mövcud qlobal idarəetmə sistemi artıq işləmir, yeni sistem isə hələ formalaşmayıb. Fərqli qlobal və regional təşəbbüslər irəli sürülür ki, bunların hansının daha dayanıqlı olması gələcək proseslərdən asılıdır.
عرض المزيد ...
17 446
2
KİV: Ermənistan Hava Hücumundan Müdafiə vasitələrinin demək olar hamısını Ukraynaya verib Ermənistan Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin demək olar hamısını Ukraynaya verib. Bu iddia ilə “Fightbomber” Telegram kanalı çıxış edib. Ermənistanın “S-300”, “Buk”, “Osa” və “TOR” zenit-raket komplekslərini raketlərlə birgə Ukraynaya verdiyi bildirilir.
18 967
13
➡️Ermənistan parlamentinin spikeri Alen Simonyan: "Naxçıvan-Sünik-Azərbaycan marşrutuna nəzarətin özəl şirkətə verilməsi Ermənistanın suverenliyini pozmayacaq, lakin indi belə bir qərar yoxdur, layihə müzakirə olunur. Hər şey "Ermənistan qanunları çərçivəsində” həyata keçiriləcək".
19 708
2
⚠️ Ədliyyə nazirinə iki yeni müavin təyin edilib. Bununla əlaqədar daha əvvəlki müavinlər Azər Cəfərov və Vilayət Zahirov işdən çıxarılıblar. Bu barədə ölkə başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Keçmiş müavinlərin yerinə Mübariz Əhmədov və Toğrul Hüseynov təyin edilib. Qeyd edək ki, 70 yaşlı A.Cəfərov 12, 66 yaşlı V.Zahirov isə 20 ildir ki, nazir müavini idi.
19 876
3
Məlumat❗️Sentyabrın 9-udan 13-ünə qədər Seyfəli poliqonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və yararsız olan döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkilə məhv ediləcək
20 520
3
Şimali Koreya lideri Kim Çen In böyük hərbi gəmilər üçün nəzərdə tutulmuş yeni hərbi-dəniz bazasının tikinti sahəsinə baş çəkib.
15 825
2
🟢Millimizin oyununa BETPRİZ Bot ilə  mərc edin! 😏 Yüksək Əmsallar və Çeşidli Təxminlər 😏 Sürətli depozit və çıxarış 😏 İdeal bonuslar 🤑  Mərc sevər üçün ən önəmli olan 3 xüsusiyyət Betpriz-də cəmlənib. Rahat depozit edərək , yüksək əmsallar ilə mərc edə bilirsiniz. Rahat Çıxarış edərək , sürəti hiss edə bilərsiniz. Şans yanınızda olmasa yüksək faizli məğlubolma bonusundan yararlana bilərsiniz. 🎮 Mərc etməyə başla : 📨 Ətraflı:
20 201
2
🇷🇺⚡️Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, bir gecədə Rusiya HHM qüvələri Belqorod vilayətində 2, Kursk üzərində isə iki Ukrayna dronunu məhv edib.
13 692
0
🇦🇿🇺🇸Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə görüşüb
19 941
4
❗️Milli Müdafiə Universitetinin 3 xüsusi təyinatlı hərbi kollecində peşəkar miçman heyəti hazırlanacaq.
20 169
9
🎮🎬 Skyflix Azərbaycan🇦🇿 hərkəsin cibinə uyğun ucuz və keyfiyyətli rəqəmsal məhsulları təklif edir. 1 Sentyabr - 8 Sentyabr aralığında möhtəşəm endirimlər və kampaniyalar mövcuddur. ❤️ 💳TAKSİT KARTLARI KEÇƏRLİDİR. 12 aya qədər böldürmək mümkündür. (BİRKART VƏ TAMKART) 🇦🇿 “Zəfər Paketi” - 3.99AZN (Netflix, Youtube Premium, Blu Tv, Prime Video hamısı yalnız 3.99AZN-a verilir.) Aylıq abunəliklər✅ 🎧Spotify - 4.99AZN 🖥️CapCut Pro - 4.99AZN 📺Youtube Premium - 2.99AZN 💫FaceApp Pro - 4.99AZN Ömürlük və İllik abunəliklər ✅ ▫️Ömürlük CanvaPro - 5.99AZN ▫️CapCut Pro İllik - 14.99AZN ▫️Spotify İllik - 14.99AZN ▫️Youtube Premium İllik - 19.99AZN ▫️FaceApp Pro İllik - 19.99AZN ▫️Ömürlük Duolingo Plus - 7.99AZN 💬Əlaqə:
عرض المزيد ...
15 051
6
🇬🇧❗️The Times: İran Rusiyaya 200-dən çox ballistik raket göndərir. ▪️Rusiya İrandan 200-dən çox ballistik raket partiyası alıb - bu, Tehranın Rusiya və Ukrayna arasındakı münaqişədə Rusiyaya dəstəyinin əhəmiyyətli dərəcədə artmasıdır. ▪️Kəşfiyyat 70 mil məsafədəki hədəflərə çata bilən Fath-300 raketlərinin çatdırılmasını göstərir. Ukrayna hərbi mənbəsi bildirib ki, Rusiya gəmisi raketləri çərşənbə günü Xəzər dənizindəki açıqlanmayan limana çatdırıb. Mənbə bu silahı ruslar üçün “oyunu dəyişdirən” adlandırıb, çünki bu, Moskvanın Ukrayna hədəflərini daha uzaq məsafələrdən vurmaq imkanlarını genişləndirəcək. ▪️ Mənbənin sözlərinə görə, bu, Ukraynanın Rusiyadakı əsas hədəflərə uzaqmənzilli Qərb silahlarını - məsələn, Britaniyanın "Storm Shadow" raketlərini vura bilməsi zərurətini bir daha təsdiqləyir. ▪️Qərb rəsmiləri daha əvvəl iki ölkə arasında silah sövdələşməsinə işarə edən kəşfiyyat məlumatları görmüşdülər. NATO ölkələri İranı Rusiyaya ballistik raketlər göndərməkdən çəkindirib. ▪️İranın Qərbin yeni sanksiyaları riskinə baxmayaraq, Rusiyaya silah tədarükünü davam etdirəcəyi gözlənilir. ▪️Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi işçisi Fərzin Nadimi: “Bu, Donbassın şərqindəki hərbi əməliyyatların gedişatına real təsir göstərə bilər. Bunlar 120 km-ə qədər mənzilli taktiki raketlərdir, ona görə də onlar əsasən taktiki məqsədlər üçün istifadə olunacaq, lakin ruslar hələ də onlardan Xarkov və Sum kimi şəhərlərə, habelə Ukrayna ordusunun arxa bölgələrinə hücum etmək üçün istifadə edə bilər. ▪️Onun sözlərinə görə, əsas narahatlıq bu raketlərin 500 km-dən çox məsafə qət edə bilən silahların daha uzun mənzilli variantlarının çatdırılmasına yol aça bilməsidir. “Onlar real zərbə vura və Ukraynanın qərbindəki hədəfləri vura biləcəklər”. ▪️Britaniya Ukraynaya Rusiyadakı hədəfləri atəşə tutmaq üçün "Storm Shadow" raketlərindən istifadə etməyə icazə vermək istəyir, lakin ABŞ münaqişənin genişlənməsindən ehtiyat edərək bunun qarşısını alır. ▪️Storm Shadow raketləri 150 mildən (241 km - Qısaca redaktorun qeydi) uzaq məsafəyə malikdir, ona görə də onlardan Rusiya ərazisinin dərinliklərində yerləşən aerodromları vurmaq üçün istifadə oluna bilər. ▪️Ukraynalı mənbə bildirib ki, iranlı təlimatçılar Aşaluk yaxınlığındakı təlim bazasında ruslara raketlərdən necə istifadə etməyi göstərəcək.
عرض المزيد ...
19 077
6
🟢Günün oyunlarına Betbuta Bot ilə  mərc edin! Kupona oyun əlavə et funksiyası ilə seçilən Betbuta kupon nəticələnməmiş üzərinə əlavə mərclər edə bilirsiniz. Bunun ilə siz sürətli mərcdən həzz alırsınız. 😏 Yüksək Əmsallar və Çeşidli Təxminlər 😏 Sürətli depozit və çıxarış 😏 İdeal bonuslar 🤑  Mərc sevər üçün ən önəmli olan 3 xüsusiyyət Betbuta-da cəmlənib. Rahat depozit edərək , yüksək əmsallar ilə mərc edə bilirsiniz. Rahat Çıxarış edərək , sürəti hiss edə bilərsiniz. Şans yanınızda olmasa yüksək faizli məğlubolma bonusundan yararlana bilərsiniz. 🎮 Mərc etməyə başla : ✅ Ətraflı :
عرض المزيد ...
13 156
2
Prezident İlham Əliyev “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nı təsdiq edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb, eləcə də bəzi fərmanlarında dəyişiklik edib. Məsələn, Prezidentin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də edilmiş dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik aşağıdakı istifadə imkanlarına malikdir: - maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq; - maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək; - maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə İpoteka və Kredit Zəmanət Fonduna, eləcə də müvəkkil banka məlumat vermək; - elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək. Maliyyə Nazirliyi Müdafiə Nazirliyinin təklifləri əsasında təsdiq edilən Qaydada nəzərdə tutulmuş maliyyə dəstəyi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Müdafiə Nazirliyinə ayrılmasını təmin etməli, Qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görməlidir. Fond isə fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
عرض المزيد ...
17 667
10
Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.
17 221
3
🇷🇺⚡️İqor Qirkin-Strelkov həbsxananı tərk edərək Ukraynada müharibə zonasına gedir. SHOT-un məlumatına görə, qondarma DXR-in keçmiş müdafiə nazirinin vəkilləri bütün müvafiq idarələrdən müvafiq icazə ala biliblər. Nəticədə Qirkinin həbsi xüsusi əməliyyat zonasında xidmətlə əvəz olunacaq.
18 429
3
🔴Ukrayna-Rusiya müharibəsi; 🔴İsrail-İran-Hizbullah əməliyyatları; 🔴HƏMAS-İsrail müharibəsi; 🔴ABŞ-Britaniya-Səudiyyə-Yəmən əməliyyatları; 🟢Məqalələr; 🟢Analizlər; 🟢Araşdırmalar; 🟢Təhlillər... İran İsrailə hücum edəcəkmiHamısı 🔽 Ölkəmizdə və dünyada baş verən hadisələri, gündəlik doğru və mühüm xəbərləri anında izləmək üçün Teleqram kanalına abunə olun: -yə abunə olun
15 199
2
🇦🇿İlham Əliyev: Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır.
18 355
7
🇺🇦⚡️Rusiya son bir ayda Kursk vilayətində 6 min rus əsgəri itirilib və yaralandıb - Zelenski Ramşteyn sammirində O həmçinin qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri artıq yüzdən çox yaşayış məntəqəsinin daxil olduğu 1300 km Rusiya ərazisinə nəzarət edir.
19 384
5
🟢Günün oyunlarına BETPRİZ Bot ilə  mərc edin! 😏 Yüksək Əmsallar və Çeşidli Təxminlər 😏 Sürətli depozit və çıxarış 😏 İdeal bonuslar 🤑  Mərc sevər üçün ən önəmli olan 3 xüsusiyyət Betpriz-də cəmlənib. Rahat depozit edərək , yüksək əmsallar ilə mərc edə bilirsiniz. Rahat Çıxarış edərək , sürəti hiss edə bilərsiniz. Şans yanınızda olmasa yüksək faizli məğlubolma bonusundan yararlana bilərsiniz. 🎮 Mərc etməyə başla : 📨 Ətraflı:
15 409
2
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb. Məruzə edilib ki, bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur və fasiləsiz xidmət aparılır. Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib. General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin daha keyfiyyətli təşkili, eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
عرض المزيد ...
18 695
2
İranın Ermənistandakı səfiri: "Qondarma Zəngəzur dəhlizi ideyası heç bir vaxt reallaşmayacaq"
17 967
10
⚡️ Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.
18 042
8
Bəhruz Səmədov: "Yaşasın sülh, yaşasın xalqların qardaşlığı" P.S nə deyəsən belə şərəfsizə
19 278
4
Meloni: Mən Prezident İlham Əliyevlə görüşdə Qafqaz regionunda sülh və sabitliyi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyimizi bir daha ifadə etdim
19 256
3
🇮🇱 İsrail HƏMAS-la danışıqların nəticəsindən asılı olaraq 800 fələstinli məhbusu azad edə bilər — The Jerusalem Post yazır. Nəşrin məlumatına görə, bunun qarşılığında HƏMAS 32 israilli girovu geri qaytaracaq. Prosesin 3 mərhələdə gerçəkləşəcəyi gözlənilir.
18 297
3
🇦🇿Azərbaycanın ən sürətli IPTV xidməti üçün Skyflix-ə müraciət edin. 🔥 Online qoşulma ya da ünvana gələrək qoşulma mümkündür. Kabelsiz quraşdırılma, əlavə anten, cihaz olmadan rahat şəkildə 20.000+ kanala (türk,rus,azərbaycan və avropa) və ən əsasıda idman kanalları BeinSport, SkySport, ExxenSpor, TivibuSpor və bir çoxuna əlçatan et. Ödənişdən öncə qoşulur. ✅️ Ödəniş qoşulmadan sonradan alınır. ✅️ 📱Əlaqə WhatsApp:
14 705
6
🇦🇿 Ukraynanın azadlığı və müstəqilliyi uğrunda gedən döyüşlərdə əslən azərbaycanlı Emil Ağabəyov həlak olub. O ,müharibənin ilk günlərindən könüllü döyüşlərə qoşulub. Emil Ağabəyov dünən Xarkov istiqamətində gedən döyüşlərdə həlak olub. İki uşağı yadigar qaldı Samir və Safura. Qəhrəmana hörmət və ehtiramla 🙏 Ruhun şad olsun Emil 🙏
19 772
7
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub MN: Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
18 500
5
Ermənistanın neytrallığı - İrəvan üçün optimal çıxış yolu Ermənistan oktyabrın 20-də Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək. Bu o deməkdir ki, Paşinyan Rusiyaya səfər edəcək və ölkə prezidenti ilə görüşmək imkanı əldə edəcək. Kazan sammitində Azərbaycan da təmsil olunacaq. Lakin Bakı təkcə BRİCS tədbirində iştirakla kifayətlənmir, həm də təşkilata üzvlük üçün müraciət edib. Azərbaycanın ardınca yaxın zamanlarda Ermənistanın da quruma ən azı müşahidəçi statusu almaq üçün müraciət etməsi mümkündür. Çünki bunu Hindistan istəyə bilər. Bu, BRİCS-də yeganə ölkədir ki, Azərbaycanın təşkilata üzvlük məsələsinə o qədər də isti münasibət bəsləmir. Odur ki, Dehli Bakıya alternativ olaraq İrəvanı BRİCS-ə üzv və ya müşahidəçi statusu almağa sövq edə bilər. Oxşar proses ŞƏT kontekstində də müşahidə olunub. Azərbaycanla yanaşı Ermənistan da ŞƏT-də statusunun artırılması üçün müraciət edib. Lakin bilirsinizmi Azərbaycanla Ermənistan arasında əsas fərq hansıdır? Azərbaycan öz strategiyası çərçivəsində şüurlu şəkildə BRİCS və Asiya strukturlarında iştirakını artırır. Amma Ermənistan bu addımları könülsüz, tərəfdaş ölkələrin təklifi ilə atır və onlardan imtina edə bilmir. Ermənistan iqtidarı öz düşüncəsi ilə Qərbdədir. Lakin İrəvan Çinlə münasibətlərə görə ŞƏT-ə, Hindistana görə BRİCS-ə qatılmağa, Rusiyaya görə KTMT və AİB-də qalmağa, İrana görə 3+3 formatında iştirak etməyə məcburdur. Vəziyyətin absurdluğu da buradadır: Ermənistan üzünü Qərbə çevirdiyini elan etsə də, Avrasiya və Asiya strukturlarında iştirakını getdikcə daha da dərinləşdirir. Azərbaycanın BRİKS-ə üzv olmaq və ŞƏT-də statusunu artırmaq niyyətinə qarşı Qərbdə hansı emosiya tufanının yaşandığı, Ermənistanın BRICS sammitində iştirakını elan etməsindən sonra isə bunun əksinə olaraq necə sakitliyin hökm sürdüyü diqqət çəkir. Ermənistanın himayədar ölkələrdən belə asılılığı yalnız Azərbaycanla qarşıdurma nəticəsində formalaşıb. Bu, 2020-ci ildən sonrakı təcavüzün və dağıdıcı fəaliyyətin qiymətidir. Məhz buna görə Ermənistan üçün optimal çıxış yolu neytral ölkə olmaqdır ki, havadarları ondan əl çəksinlər. Yalnız bundan sonra İrəvan sözündən çıxa bilmədiyi tərəfdaşlarının iradəsi ilə hərəkət etmək məcburiyyətindən yaxa qurtaracaq və beynəlxalq münasibətlərdə qarşıdurma vəziyyətində olan iki qütb arasında qalmayacaq.
عرض المزيد ...
18 210
1
Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
17 205
3
🇺🇦❗️Kuleba istefasından sonra Ukraynanın NATO ilə əlaqələrini gücləndirməyə diqqət yetirəcək, - Bloomberg “Çərşənbə günü istefa verən Kuleba indi Ukraynanın NATO ilə əlaqələrini möhkəmləndirməyə diqqət yetirəcək, çünki müharibədən əziyyət çəkən ölkə bloka qoşulmağa çalışır”. Bloomberg Zelenskinin bu kadr qərarları ilə bağlı fikirləri ilə tanış olan mənbəyə istinadən xəbər verir ki, Kulebanı Andrey Sibiqa Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində əvəz edəcək. İndi Sibiqa xarici işlər nazirinin birinci müavinidir və əvvəllər Ukraynanın Türkiyədəki səfiri və Zelenskinin aparat rəhbərinin müavini işləyib. Ali Radada Kulebanın istefası üçün səsvermə hələlik təxirə salınıb, deyə xalq deputatı Jeleznyak deyib.
عرض المزيد ...
18 025
3
⚡🇮🇷 İranın “Tasnim news” nəşri Zəngəzur dəhlizi ilə bağlı məqalə dərc edib.  Başlıq belədir: “Ruslara Zəngəzurla bağlı nəsihət: Bu xəyali dəhliz baş tutmayacaq”. Məqalədə qeyd olunur ki, "Zəngəzur dəhlizi NATO-nun Cənubi Qafqaza nüfuz etməsinə səbəb olacaq. Ki, bu da İran üçün qəbuledilməzdir".  Bundan əlavə, müəllif Rusiyaya xatırladır ki, İran həmişə Qərbə qarşı mübarizədə Rusiyanın yanında olub. Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi üzərində işləyərkən belə bəyanatlar vermək (yəni Zəngəzur dəhlizinin açılmasını dəstəkləmək) ağlasığmazdır. Məqalədə vurğulanır ki, "Zəngəzur dəhlizinin açılması İranın qonşularının sayının azalması və Avropaya açılan qapılarından birinin bağlanması deməkdir".
عرض المزيد ...
18 552
15
❗️🇦🇿🇦🇲 Ermənistan Silahlı Qüvvələrinin hərbi obyektləri Qafan istiqamətində şərti sərhəddə yerləşir. Ermənistan Silahlı Qüvvələrinin Qafan istiqamətində yeni hərbi hissə yaratdığı barədə məlumatlar var.
17 782
18
آخر تحديث بتاريخ: ١١.٠٧.٢٣
سياسة الخصوصية Telemetrio