هذه الخدمة مُتوفّرة أيضًا بلغتك. لتغيير اللغة، اضغطEnglish
Best analytics service

Add your telegram channel for

  • get advanced analytics
  • get more advertisers
  • find out the gender of subscriber

all posts ŞEDEVR +

şedevr şəbəkəsinə bağlı © ☎️ reklam və iş birliyi üçün →  @BOTSHEDEVR  📺 eyni adda feysbuk səhifəmiz:  https://www.facebook.com/Sedevr1?mibextid=ZbWKwL  
عرض المزيد
63 335-61
~17 252
~15
27.59%
تقييم تيليجرام العام
عالميًا
17 028المكان
من 78 777
9المكان
من 63
في الفئة
776المكان
من 2 793
أرشيف المنشورات
⚡️⚡️⚡️Entoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib. Prezident İlham Əliyev isə Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkədə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb. ✅
5 691
7
⚡️⚡️”Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.” ✅ | prezident İlham Əliyev
5 808
3
⚡️ABŞ Dövlət katibi Entoni Blinken bu gün prezident İlham Əliyevə zəng edib. ✅
5 609
0
Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib. Digər tərəfdən isə INSTC çərçivəsində Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun cari ilin may ayına kimi açılması gündəmdədir. INSTC: İştirakçılar və marşrutlar 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. İndiyədək 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib. INSTC əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi əsasən üç istiqamət üzrə inkişaf edir: - Şərq marşrutu - Mərkəzi Asiyadan keçməklə; - Mərkəz marşrutu - Xəzər üzərindən keçməklə; - Qərb marşrutu - Azərbaycandan və ya Ermənistandan keçməklə. Azərbaycanla yanaşı INSTC-nin Qərb marşrutuna Ermənistan da iddialıdır. INSTC üzrə Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara dəniz multimodal marşrutunun elan edilməsilə İrəvan dəhlizin Qərb marşrutu uğrunda Azərbaycanla rəqabət iddialarını ortaya qoyub. Lakin Ermənistan strateji dəhlizin ölkə ərazisindən keçməsini istəsə də, bu istiqamətdə kifayət qədər real əməli fəaliyyətlər həyata keçirə bilməyib. Ermənistan - ən məhdud marşrut Ermənistan üzərindən keçən yeni multimodal marşrut hazırda INSTC-nin ən zəif və ən məhdud ötümə imkanı olan marşrutudur. Belə ki: - Ermənistan üzərindən keçən marşrut əsasən dəniz+avtomobil yolu kombinə daşımaları nəzərdə tutur ki, bu da bahalı variant sayılır. Dağlıq relyefə görə, İrandan gələn və Ermənistanın cənubu ilə şimalını birləşdirəcək dəmiryol xəttinin çəkilişi isə səmərəsiz hesab olunur. - Ermənistanın İranla cəmi bir (Aqarak), Gürcüstanla dörd sərhəd keçid məntəqəsi (Bavra, Qoqovan, Baqrataşen, Privolnoe) mövcuddur. Ölkədə istər avtomobil, istərsə də dəmiryolları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. 2009-cu ildə 556 km-lik Şimal-Cənub avtomobil yolunun tikintisinə başlanılıb və ötən 15 il ərzində yolun cəmi 31 kilometri (5,5%) çəkilib. Halbuki, məhz bu yol ölkənin şimalı (Gürcüstanla sərhəd) ilə cənubunu (İranla sərhəd) birləşdirməli, Ermənistan və Gürcüstan ərazisindən keçməklə Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin etməlidir. Dəmir yollarına gəlincə, Ermənistandan qonşu ölkələrə istiqamətlənən dörd dəmiryol xəttindən üçü fəaliyyətsizdir. - Yeni multimodal marşrutun Ermənistandan sonrakı növbəti dayanacağı olan Gürcüstanda da dəhlizin normal fəaliyyəti üçün müəyyən məhdudiyyətlər mövcuddur. Böyük həcmli yük axınları üçün ölkənin liman infrastrukturunun genişləndirilməsinə ehtiyac var. Bununla yanaşı, Gürcüstan və Rusiya arasındakı dəmir yolu əlaqəsi tamamilə kəsilib. Hazırda Gürcüstanı Rusiya ilə yalnız bir avtomobil yolu əlaqələndirir (Şimali Lars) ki, bu yol da hava şəraiti ilə əlaqədar tez-tez bağlanır. Azərbaycan - daha yaxşı alternativ Günümüzdə fəaliyyət göstərən və öz imkanlarını genişləndirən Azərbaycan üzərindən keçən yollar INSTC-nin Qərb istiqaməti üçün Ermənistan marşrutuna nisbətdə daha yaxşı alternativdir. Çünki: - Yalnız bir yoldan, özü də dağlıq ərazilərdən keçən avtomobil yolundan asıllıq dəhlizin dayanıqlığına ciddi şübhələr yaradır. - Ermənistandan fərqli olaraq, Azərbaycanda INSTC-nin məhsuldar fəaliyyəti üçün lazım olan infrastruktur bazası artıq mövcuddur. Sadəcə mövcud infrastrukturu bir qədər genişləndirməklə təkmilləşdirmək lazımdır ki, hazırda ölkəmizdə həm İran, həm Rusiya, həm də Gürcüstan istiqamətində müvafiq işlər aparılır. Daha ətraflı:
عرض المزيد ...
Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti | CSSC
Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha ​​bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib. Rusiyaya səfəri zamanı dövlət başçısı məsələ ilə bağlı həmkarı
7 070
4
Britaniyanın Azərbaycandakı səfiri "X" hesabında sorğu keçirir. ✅
8 025
12
⚡️Paşinyan və Blinken arasında telefon danışığı baş tutub. ● Tərəflər Brüsseldə üçtərəfli görüşdə əldə olunmuş razılaşmaları müzakirə ediblər. ● Paşinyan Azərbaycanla delimitasiyası prosesini müsbət qiymətləndirib. Telefon danışığı zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır. ✅
7 946
1
"Kəpəz"ə məğlub olan "Qəbələ" klubu 1-ci Diviziona düşüb. ✅
9 412
2
⚡️Naxçıvan MR-nın Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub. Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır. ✅
9 513
2
Ukraynanın İrpen şəhəri ilə Laçın şəhəri qardaşlaşacaq. ✅
11 059
15
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun prezidenti ilə görüşüb, birgə fəaliyyət imkanlarını müzakirə edib. ✅
11 219
7
☀️ Sabah Bakıda və Abşeron yarımadasında 30 dərəcə istilik gözlənilir. ✅
10 968
4
⚡️Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin təmiri tam yekunlaşıb. Keçid məntəqəsi istismara hazırdır. (Ermənistan XİN) ✅
11 508
4
Zəngilanda silah-sursat aşkar edilib. (DİN) ✅
11 811
3
📌 Dünyanın hər yerində insanlar cinsi zor*kılığa məruz qalanda bəzi insanlar səbəbi niyəsə qurbanda axtarır... Həmin insanlar xüsusilə, qısa, açıq-saçıq geyimlərin cinayətkarı təhrik etdiyinə inanır, hətta bununla cinayətkara haqq qazandırırlar... Bu sərgi məhz həmin insanlar üçün yaxşı nümunədir. Sərgi 2013-cü ildə Kanzas Universitetindən Cen Brokmenin tərəfindən qurulub. Burada təc*vüzə məruz qalmış 18 şəxs və onların həmin anda geyindikləri geyimlər, onların real hekayələri və öz sözləri ilə nümayiş etdirilir. ℹ️ Təəssüf ki, 2024-cü ildə bu cümlələri yenidən xatırlatmağa məcbur qalırıq: İnsanlar geyimlərində azaddır. Onları geyimlərinə görə qiymətləndirmək, onları alçaltmaq, hüquqlarını tapdalamaq və ya marketdən qovmaq olmaz. ✅ İstinad: TheVoiceMag, HopeRising, NY Post ✅ Hazırladı:
عرض المزيد ...
1
0
Ermənistan Baş naziri Nikol Paşinyan Qavar şəhərində gənclərlə keçirilən görüşündə bildirib ki, ermənilər xəyali və real olmayan sərhədlərdən imtina etməlidir. ✅
13 334
8
⚡️Ermənistanın Tavuş vilayətinin Kirants kəndində Azərbaycanla sərhədlərin delimitasiyası haqqında razılaşmaya etiraz edən sakinlərə qoşulan 12 nəfər hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunub. ✅
13 890
3
FIFA prezidenti C.İnfantino “Qarabağ”ı çempion olması münasibətilə təbrik edib. ✅
14 076
2
⚡️Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb. ✅
14 472
4
Ursula Fon der Lyayen Bakıda keçiriləcək COP29-a dəvət olunub. ✅
14 616
6
Berlində Azərbaycan və Almaniya prezidentlərinin birgə gəzintisindən. ✅

file

14 511
13
⚡️Qarabağı tərk edən Rusiya sülhməramlı kontingenti Avdeevka istiqamətinə göndəriləcək. (KİV) ✅
13 912
17
⚡️Ermənistan parlamentin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan: "Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb". ✅
13 879
4
Ermənilər Qazaxın kəndlərinin təhvil verilməsinə qarşı etiraz aksiyası keçirirlər. ✅

file

14 587
4
⚡️İrəvan sülh sazişi layihəsi üçün Bakıdan təkliflər alıb. (Ermənistan XİN) ✅
13 946
4
⚡️Ağ Ev Qəzzadakı kütləvi məzarlıqlarla bağlı İsraildən açıqlama gözləyir. ✅
14 207
6
Berlində Prezident İlham Əliyev və Olaf Şolts arasında təkbətək görüş başlayıb. ✅
14 373
2
⚡️Prezident İlham Əliyev Berlindəki çıxışında: "Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var". ✅
14 466
7
⚡️"Rusiyanın Ukraynanı qanunsuz işğalı" konfransında iştirak etdiyinə görə tənqid edilən Alen Simonyan rus siyasətçilərinə cavab verib: "Türkiyə də yeni ərazilərin Rusiyaya daxil olmasını tanımır. Eyni zamanda, Türkiyə Prezidenti Krımı da tanımadığını xüsusilə vurğulayır. Mən başa düşmək istəyirəm: gücləri yalnız bizə çatır?" ✅
14 143
11

file

13 363
5
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. ✅
13 028
3
Çin lideri Si Cinpin Hərbi Tibb Universitetinə səfəri zamanı hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb. ✅
12 874
7
Xocavənd rayonunda 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb. Bundan başqa, tapdığı sursatı polisə təhvil verməyən şəxs müəyyən edilərək saxlanılıb. ✅
12 833
1
HONOR Magic 6 Pro nüfuzlu DxOMark mənbəsinə görə dünyada 2024-cü ildə 5 qızıl mükafat əldə edən ən yaxşı kameralı smartfon oldu. HONOR Magic6 Pro üç əsas kameradan ibarət bloka malikdir. İlk olaraq, 1/1,49 düymlük sensor ölçüsü, 2,5x optik zum və f/2,6 diaframa malik 180 MP telefoto kameradır. İkincisi, 122 dərəcə bucaq və 2,5 santimetr məsafədə super makro çəkim imkanı olan 50 meqapiksellik ultra geniş kameradır. Üçüncüsü, f/1.4—f/2.0 dəyişən diyafram və 1/1.3 düymlük HDR sensoru olan 50 MP-lik geniş bucaqlı kamera ilə təchiz olunub. Geniş bucaqlı kamera alqoritmləri müxtəlif ssenarilərdə matrisə daxil olan işığın miqdarını ağıllı şəkildə tənzimləyir, bundan əlavə həmçinin avtomatlaşdırmaya etibar edə bilərsiniz, beləki, çekim sürəti və diyaframı da daxil olmaqla optimal çəkiliş parametrlərini seçəcəkdir. Avtomatlaşdırmanın üstünlükləri bəzi sürətli hadisələrdə millisaniyəlik anları çəkərkən diqqət cəlb edir. Məsələn, bu, idman yarışı, rəqs və ya yarış ola bilər. Keyfiyyət itkisi olmadan 2,5x optik böyütməni də qeyd edə bilərik. Hibrid 5x böyütmə də əla iş görür - burada aparat komponenti süni intellekt tərəfindən fəal şəkildə dəstəklənir. Qiymət və Satış haqqında məlumat Azərbaycanda smartfon iki rəngdə təqdim olunur - şüşə dizaynlı gecə yarısı qara və eko-dəri arxa qapağa malik adaçayı yaşılı. Yalnız bir yaddaş seçimi var - 12/512 GB. HONOR Magic6 Pro satışa aprelin 26-dən çıxacaq və alış zamanı HONOR Watch 4 ağıllı saatı və HONOR-dan smartfon keysi HƏDİYYƏ veriləcək. Smartfonu İrşad, Baku Electronics, Kontakt Home, Elit Optimal, Soliton, Umico və Music Gallery mağazalarından 2499,99 AZN-ə əldə etmək mümkün olacaq.
عرض المزيد ...
11 922
3
Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant HONOR Magic6 Pro iki rəngdə mövcuddur - qara və yaşıl. İkincisi eko dəri ilə örtülmüşdür. Qara rəngdə telefon daha eleqant görünür, mat şüşə isə çirklənməyə daha az həssasdır. Displeydə barmaq izi skaneri quraşdırılıb, yüksək səsli stereo dinamiklər, avadanlıqları idarə etmək üçün infraqırmızı port və iki fiziki SİM üçün dəstək mövcuddur (əlavə olaraq eSIM də var). Magic6 Pro IP68 standartına uyğun qorunduğu üçün suya davamlıdır. Metal çərçivə möhkəmdir və displey son dərəcə güclü HONOR NanoCrystal Shield şüşəsi ilə qorunur. 1 ilə 120 Hz arasında dəyişən yeniləmə dərəcəsi və inanılmaz dərəcədə yüksək parlaqlığa malikdir. Həmçinin göz mühafizə texnologiyaları da mövcuddur. Həssas gözləri olanlar, titrəmə olmadığı üçün rahat hiss edəcəklər. Bundan əlavə, istehsalçı yalnız vaxt və tarixi deyil, “Always On Display displey” rejimini də tətbiq etmişdir. Güc - maksimum HONOR Magic6 Pro-da güclü qrafika və süni intellekt mühərrikinin köməyilə yüksək səviyyəli Snapdragon 8 Gen 3 prosessorunu quraşdırıb. Bu sadəcə oyunlar üçün deyil, smartfonun qabaqcıl foto və video imkanları üçün vacibdir. Bundan əlavə smartfona12 GB sürətli RAM və 512 GB daxili yaddaş əlavə edilib. HONOR Magic6 Pro ikinci nəsil silikon-karbon batareyası ilə təchiz edilib ki, bu da batareyanın özünün kiçik ölçüsü ilə 5600 mAh tutum əldə etməyə imkan verir. Uzun müddətli istifadə baxımından, şarj etmədən üç gün işlədə bilərsiniz. Ancaq çox çəkiliş etsəniz, onu daha sürətli doldurmalı olacaqsınız. Kamera — yüksək standartlı
عرض المزيد ...
12 165
4
HONOR Magic 6 Pro nüfuzlu DxOMark mənbəsinə görə dünyada 2024-cü ildə 5 qızıl mükafat əldə edən ən yaxşı kameralı smartfon oldu. HONOR Magic6 Pro üç əsas kameradan ibarət bloka malikdir. İlk olaraq, 1/1,49 düymlük sensor ölçüsü, 2,5x optik zum və f/2,6 diaframa malik 180 MP telefoto kameradır. İkincisi, 122 dərəcə bucaq və 2,5 santimetr məsafədə super makro çəkim imkanı olan 50 meqapiksellik ultra geniş kameradır. Üçüncüsü, f/1.4—f/2.0 dəyişən diyafram və 1/1.3 düymlük HDR sensoru olan 50 MP-lik geniş bucaqlı kamera ilə təchiz olunub. Geniş bucaqlı kamera alqoritmləri müxtəlif ssenarilərdə matrisə daxil olan işığın miqdarını ağıllı şəkildə tənzimləyir, bundan əlavə həmçinin avtomatlaşdırmaya etibar edə bilərsiniz, beləki, çekim sürəti və diyaframı da daxil olmaqla optimal çəkiliş parametrlərini seçəcəkdir. Avtomatlaşdırmanın üstünlükləri bəzi sürətli hadisələrdə millisaniyəlik anları çəkərkən diqqət cəlb edir. Məsələn, bu, idman yarışı, rəqs və ya yarış ola bilər. Keyfiyyət itkisi olmadan 2,5x optik böyütməni də qeyd edə bilərik. Hibrid 5x böyütmə də əla iş görür - burada aparat komponenti süni intellekt tərəfindən fəal şəkildə dəstəklənir. Qiymət və Satış haqqında məlumat Azərbaycanda smartfon iki rəngdə təqdim olunur - şüşə dizaynlı gecə yarısı qara və eko-dəri arxa qapağa malik adaçayı yaşılı. Yalnız bir yaddaş seçimi var - 12/512 GB. HONOR Magic6 Pro satışa aprelin 26-dən çıxacaq və alış zamanı HONOR Watch 4 ağıllı saatı və HONOR-dan smartfon keysi HƏDİYYƏ veriləcək. Smartfonu İrşad, Baku Electronics, Kontakt Home, Elit Optimal, Soliton, Umico və Music Gallery mağazalarından 2499,99 AZN-ə əldə etmək mümkün olacaq.
عرض المزيد ...
1
0
Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb. ✅
13 578
5
⚡️Prezident İlham Əliyev Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib. ✅
13 404
2
Britaniya İranın PUA sənayesinə qarşı yeni sanksiyalar tətbiq edib. ✅
13 572
2
⚡ Bakıda həbsdə olan erməni separatçısı Ruben Vardanyan aclıq aksiyasını dayandırıb. Bu barədə onun həyat yoldaşı məlumat verib.
13 079
10
⚡️Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb. ✅
9 599
5
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub. ✅
14 174
4
Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb. ✅
14 405
2
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər. ✅
14 852
18
⚡️Sosial Tədqiqatlar Mərkəzinin məlumatı: "STM tərəfindən keçirilən sorğularda 74,9% insan "TikTok" media platformasına məhdudiyyət tətbiqini istəyib". ✅
14 218
10
⚡️Malıbəylidə (Xocalı) ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib. ✅
14 025
5
Belarus DTK: Litva ərazisindən Minskə PUA-larla zərbə endirilməsinin qarşısı alınıb. ✅
13 175
12
Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova vəfat edib. ✅
13 432
6
🔴 “Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edirik, bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır.” ✅ | Ermənistan parlamentinin spikeri Alen Simonyan
14 115
17
Azərbaycan və Qırğızıstan liderləri Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. ✅
14 047
0
Macarıstan XİN rəhbəri Bakıda bildirib ki, Macarıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştirak planı hazırlayır və bu plan noyabra qədər hazır olacaq. ✅
14 335
14
⚡️“Yolumuz Qarabağa” portalı üzərindən Laçın şəhərinə səfər üçün də icazə almaq mümkün olacaq. ✅
14 482
16
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir. (MN) ✅
14 506
3
⚡️Balıqların kürütökmə dövrü ilə əlaqədar Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir. ✅
14 779
11
Erməni işğalından azad edilən Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açılıb.

IMG_0245.MP4

1 002
3
⚠️ İsfahan İnqilab Məhkəməsi İranda tanınmış reper Tumac Salehinin edam edilməsi haqqında qərar verib. Buna səbəb onun kütləvi etirazlarda iştirakı və rejim əleyhinə musiqiləri səbəb olub. ✅
15 414
16
Bayden Ukrayna üçün nəzərdə tutan 61 milyard dollarlıq yardımı imzalayıb. ✅
14 627
5
"Air France" aviaşirkətinə məxsus Osaka-Paris marşrutu ilə hərəkət edən "Boeing 777" hava gəmisi göyərtəsindəki yaranan tüstü səbəbindən Bakıya qəza enişi edib. Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb. ✅
14 708
9
Azərbaycan və Qırğızıstan prezidentləri Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. ✅
14 151
5
🇦🇿🇺🇦 İlham Əliyev Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə haqqında: "Bizdən israrla və dəfələrlə tələb olunmasına baxmayaraq, Ukraynaya silah vermirik. Biz qəti şəkildə cavab verdik ki, bunu etməyəcəyik. Biz ancaq humanitar yardım edirik".
13 414
18
⚡️İşğal dövründə ermənilərin xarabalığa çevirdikləri Aşağı Köndələnçay su anbarı indi belədir. ✅

file

14 195
11
⚡️Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov: "Ermənistanın milli qanunvericiliyində, Konstitusiyasında dəyişiklik olmalıdır, çünki hazırkı versiyada Qarabağın Ermənistanın bir hissəsi olduğu iddia olunur. Bu, Azərbaycana qarşı torpaq iddiasıdır". ✅
19 027
4
⚡️Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov: "Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yolun açılmasına maneçiliyi dayandırmalıdır. Bu blokada hələ də davam edir”. ✅
13 397
2
⚡️Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov: "Ermənistanla razılaşmalar hər hansı kənar üçüncü tərəfin iştirakı olmadan əldə olunub. Bu onun göstəricisidir ki, biz məsələləri özümüz həll edə bilərik". ✅
13 281
2
⚡️Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov: "Azərbaycanla Ermənistan bu gün sülhə heç vaxt olmadığı qədər yaxındırlar". ✅
13 063
2
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda Qırğızıstanın vəsaiti hesabına tikiləcək məktəb binasının təməlqoyma mərasimində iştirak edəcəklər. ✅
13 361
1
DİN-nin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev xəbərdarlıq edib: "Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur. Kimsə nikaha məcbur edilə bilməz. Qadağandır, məsuliyyət yaradır. Bərdə rayonunda adam oğurluğu faktına görə cinayət işi qaldırılıb. Oğurlanan 2001-ci təvəllüdlü şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə tapılaraq ailəsinə qaytarılıb". ✅
1
0
Moskvada Ukraynadakı müharibədə ələ keçirilən hərbi qənimətlər nümayiş olunur. ✅
13 821
9
Qəzzada hərbi əməliyyatlar başlayandan bəri 606 İsrail əsgəri həlak olub. (IDF) ✅
13 160
6
AQTA ərzaq və heyvan satışı bazarlarında nəzarət tədbirlərini genişləndirir. ✅
12 941
3
“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır Cüdo Federasiyası məktəbləri və bölmələrində qeydiyyatdan keçən gənclər 1 ay müddətində ödənişsiz cüdo ilə məşqul olmaq imkanı əldə edəcəklər. Kampaniya çərçivəsində məşhur rep ifaçısı Orxan Zeynallı ilə qısametrajlı film də çəkilib.
عرض المزيد ...
12 456
4
Prezidenti İlham Əliyev və Sadır Japarov arasında məhdud tərkibdə görüş keçirilir. ✅
13 264
1
⚠️ Bakıda taksilərin qiymətində bahalaşma müşahidə edilir. ✅
13 620
8
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycandadır. ✅
13 522
2
🔴 8 noyabr prospektində velosiped zolağı salınır. Ümumilikdə prospekt boyunca 10 kilometrədək velosiped yollarının salınması nəzərdə tutulur. ✅
13 782
8
Ermənistan TŞ-nın katibi Armen Qriqoryan təhlükəsizlik məsələlərinə cavabdeh ali nümayəndələrin Sankt-Peterburqda baş tutacaq beynəlxalq görüşündə iştirakdan imtina edib. ✅
14 335
2
Sülhməramlılar niyə Ermənistana yollanıblar?! Dünən Rusiya Sülhməramlı Kontingentinə məxsus ağır tonnajlı avtomobil karvanı Laçın yolu ilə Ermənistana doğru hərəkət edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi bunu Gorus və Sisianda RSK-nın infrastrukturu və şəxsi heyətinin mövcudluğu, onların öz fəaliyyətini yekunlaşdırmaq üçün son işlərin aparılması ilə izah edib. Belə çıxır ki, rəsmi İrəvan Azərbaycan ərazisində yerləşən RSK-nı Ermənistan ərazisində də infrastrukturla təmin edib. Bu qərar Paşinyanın RSK-nın Qarabağda uzun müddət qalacağına ümid etdiyi bir vaxtda verilib. Bununla da, Paşinyan Rusiyanın Azərbaycanda hərbi mövcudluğu üçün şərait yaradıb və eyni zamanda da Kremlin Ermənistan ərazisindəki hərbi mövcudluğunun sahəsini genişləndirib. Ümumilikdə isə baş nazir Rusiyanın Cənubi Qafqaz regionunda hərbi mövcudluğunun genişlənməsinə töhfə verib. Azərbaycan və Rusiya rəhbərliyi arasında RSK-nın Qarabağdan çıxarılmasına dair razılaşma təkcə Rusiyanın hərbi mövcudluğunun Azərbaycandan çıxarılması deyil, həm də Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun məhdudlaşdırılmasıdır. Özü də bu, avqustun 1-də İrəvan hava limanını tərk etməli olan onlarla rusiyalı sərhədçi deyil, elə indi Ermənistan ərazisindən yüzə qədər Rusiya hərbçisinin və texnikasının çıxarılmasıdır. Digər tərəfdən, məhz Qazaxın sərhəd kəndləri ilə bağlı Azərbaycanla razılaşma Paşinyanın Rusiya sərhədçilərinin Voskepardakı dayaq məntəqəsindən çıxarılmasına dair bəyanatı üçün şərait yaradıb. Bu razılaşmadan əvvəl Paşinyan bunu heç dilə gətirmirdi. Beləliklə, bütün bu üç il ərzində Bakının tezisləri öz təsdiqini tapır. Azərbaycanla münasibətlərin normallaşması Ermənistan rəhbərliyinə daha da suveren olmağa, öz məhdudlaşdırılmış subyektivliyini artırmağa imkan verir. Odur ki, Qərb əslində Azərbaycana minnətdar olmalıdır. Təəssüf ki, Qərb və Paşinyan 2021-ci ildən bu yana fərqli yol tutdular ki, bu da vəziyyəti daha da çətinləşdirdi və çoxsaylı insan tələfatına səbəb oldu. Qərbin erməni mərkəzli yanaşması onun özünə qarşı çevrildi. Reallıqların, coğrafiyanın, Azərbaycanın maraqlarının tam olaraq inkar edilməsi Qərbi elə bir vəziyyətə gətirib çıxarıb ki, hazırda onlar regionda baş verənləri yalnız tamaşaçı kimi seyr edirlər. Regionda mühüm hadisələr baş verir. RSK-nın Qarabağ və Ermənistandan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin başlanmasından sonra sülh müqaviləsi üzrə danışıqların da intensivləşməsi gözlənilir.
عرض المزيد ...
13 052
4
Bu gün Xankəndidə doğulan ilk körpəyə Prezident İlham Əliyevin adı verilib. ✅
12 636
10
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktor müavini Fuad Çıraqov İctimai TV-nin efirində gedən “Diqqət Mərkəzi” verilişində “Azərbaycanla Ermənistana kim mane olacaq?” mövzusuna dair fikirlərini bölüşüb. Daha ətraflı:
Azərbaycanla Ermənistana kim mane olacaq? I Diqqət mərkəzi
Bizi İzləyin: Whatsapp: https://whatsapp.com/channel/0029Va8QgvE5fM5Yy1EyAy0K Facebook: https://www.facebook.com/ictimai.tv/ Instagram: https://www.instagram.com/ictimaitv.official/ Teleqram: https://t.me/tvictimai Sayt: https://itv.az/ Copyright © İCTİMAİ TV #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet
12 737
0
🇦🇿🇹🇷 İrəvanda qondarma erməni soyqırımına görə yürüş keçirən ermənilər Azərbaycan v Türkiyə bayraqlarına od vurublar.

file

12 239
10
DİN-nin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev: ✅
2 232
2
Ukraynanın "Uklon" onlayn avtoçağırış xidməti Azərbaycan bazarını tərk edir. ✅
13 455
23
⚡️İlham Əliyev: Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb. ✅
13 493
21
Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə iki il həbs cəzası verilib. ✅
13 517
5
Yollar sizi ABŞERON-a gətirir!   Şəhərin müxtəlif nöqtələrindən - 20 Yanvar metrosundan 130, 194, Gənclik metrosundan 211, Nəsimi metrosundan 205, Xalqlar Dostluğu metrosundan E1, Xırdalan şəhərindən 596, Binəqədi rayonundan 176, Lökbatan qəsəbəsindən 174, Qızıldaş qəsəbəsindən 126 nömrəli avtobuslarla bu SƏRFƏLİ MƏKANA gəlmək çox rahatdır.   Sizə ən yaxın dayanacaqdan avtobusa əyləşin, birbaşa ticarət mərkəzində düşüb alış-verişə başlayın! Rahatlığınız üçün hər şərait Abşeron Ticarət Mərkəzində!   Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey! Ünvan: Lökbatan dairəsinin yanı. Tel.: *6767 ✅
عرض المزيد ...

file

14 342
3
⚡️Prezident İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir. ✅
13 106
11
Prezident İlham Əliyev: Artıq söylədiyim kimi, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil. ✅
14 014
7
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb. ✅
14 374
22
Latviya hökuməti məktəblərdə rus dilinin ikinci xarici dil kimi tədrisinin qadağan olunması haqqında qərar qəbul edib. ✅
13 194
11
⚡️Prezident İlham Əliyev: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmaq planı yoxdur. ✅
13 371
17
Prezident İlham Əliyev: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır. ✅
13 668
3
⚡️Prezident İlham Əliyev: Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. İşğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. ✅
13 912
5
⚡️Azərbaycanın icmal büdcəsində 3 milyard 348,9 milyon manat qalıq yaranıb. ✅
13 689
5
⚡️⚡️Azərbaycan və Ermənistan XİN rəhbərləri Qazaxıstanda görüşəcəklər
12 808
9
İsrail ordusu Livanda "Hizbullah"ın yüksək rütbəli komandirini öldürdüyünü deyir. ✅

file

13 325
7
⚡️ Uzun zamandır MacBook əldə etmək arzusunda olanlar üçün şad xərəbimiz var. M2 çipli MacBook üçün əla təklif! Yalnız 28 aprel tarixinədək rəsmi satış tərəfdaşlarından məhsulu 200 Azn-dək qənaətlə əldə edə bilərsiniz/əldə etməyə tələsin.
13 290
5
Ermənistan ordusu Qazaxın kəndlərindən geri çəkilib. (KİV) ✅
13 142
8
Füzuli şəhərinə daha 39 ailə (150) nəfər köçürülüb. ✅
13 186
0
Bu ilin ilk üç ayında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % artıb. (DSK) ✅
13 699
5
⚡️Biz Azərbaycan və Ermənistan arasında birgə demarkasiya komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşırıq. (İran XİN) ✅
13 924
6
MM-də Azərbaycan və Albaniya arasında viza tələbinin ləğvinə razılıq verilib. ✅
13 830
10
آخر تحديث بتاريخ: ١١.٠٧.٢٣
سياسة الخصوصية Telemetrio