Best analytics service

Add your telegram channel for

  • get advanced analytics
  • get more advertisers
  • find out the gender of subscriber
Categoría
Ubicación del canal e idioma

audience statistics ANS ÇM / ANS ChM

Fighting has been ordained for You! 
7 4170
~0
~0
0
Calificación general de Telegram
Globalmente
63 457lugar
de 78 777
50lugar
de 63
En categoría
885lugar
de 960

Género de suscriptores

Averigua cuántos suscriptores masculinos y femeninos tienes en el canal.
?%
?%

Idioma de la audiencia

Descubre la distribución de los suscriptores de canales por idioma
Ruso?%Inglés?%Árabe?%
Crecimiento del canal
GráficoTabla
D
W
M
Y
help

La carga de datos está en curso

Duración del usuario en el canal

Descubra cuánto tiempo permanecen los suscriptores en el canal.
Hasta una semana?%Viejos?%Hasta un mes?%
Ganancia de suscriptores
GráficoTabla
D
W
M
Y
help

La carga de datos está en curso

Hourly Audience Growth

    La carga de datos está en curso

    Time
    Growth
    Total
    Events
    Reposts
    Mentions
    Posts
    Since the beginning of the war, more than 2000 civilians have been killed by Russian missiles, according to official data. Help us protect Ukrainians from missiles - provide max military assisstance to Ukraine #Ukraine. #StandWithUkraine
    Qriqoryan erməni silahlılarını Bakının öhtəliyinə buraxdı Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan GLOBSEC 2023 Bratislava Forumunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə panel müzakirəsi zamanı Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinin aqıbətini Azərbaycan tərəfinin öhtəliyinə buraxdı. O bəyan edib ki, ”Bakının Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Dağlıq Qarabağda olması ilə bağlı açıqlamaları reallığa uyğun gəlmir. Yalnız ”Dağlıq Qarabağın Müdafiə Ordusu” var ki, orada yaşayan insanlar təhlükəsizlik problemi ilə üzləşdiyi üçün buna ehtiyac var. Azərbaycan bu vəziyyəti dəyişmək istəyirsə, şərait yaratmalıdır ki, insanlar Müdafiə Ordusuna ehtiyac duymasınlar”.
    Mostrar más ...
    1 143
    1
    ABŞ Əliyevin amnistiya mümkünlüyü barədə fikrini alqışlayır ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Bakı və İrəvan arasında sülh sazişinə hazırlıq prosesindən razı olduğunu bildirib: ”Biz şadıq ki, Ermənistan və Azərbaycan arasında dialoq davam edir. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülh əldə edilə bilər. Biz bu yaxınlarda baş nazir Nikol Paşinyanın sülh prosesinə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və Prezident Əliyevin amnistiya mümkünlüyü ilə bağlı son bəyanatlarını alqışladıq”.
    Mostrar más ...
    427
    0
    Ermənilər 4 rayonumuzu atəşə tutdu Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib.Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
    Mostrar más ...
    1 490
    2
    Separatçı xunta qorxusundan qadını qabağa verdi Hər bir səhv hərəkətlərinə görə ciddi məsuliyyət daşıyacaqlarını anlayan Xankəndidəki ”kişilər” Azərbaycan Prezidenti İlham Əliyevin Laçın şəhərində separatçı xuntaya ünvanlandırdığı ultimatuma cavab vermək üçün Lusine Avanısyanı adlı qadını qabağa veriblər.Özünü ”mətbuat katibi” kimi qələmə vərən bu zavallı qadını Azərbaycan Prezidentinə güya cavab verir:
    1 391
    1
    Ərdoğan Türkiyə Prezidentidir!
    1 626
    0
    İlham Əliyev separatçılara ultimatum verdi Vətənlərinə qayıdan Laçın sakinləri ilə görüşündəki çıxışında İlham Əliyev Xankədidəki separatçı xuntaya ultimatum verib: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
    Mostrar más ...
    1 780
    3

    -1076869786352977006.mp4

    1 726
    1
    Bayramımız mübarək! Bir kərə yüksələn bayraq bir daha enməz🇦🇿
    1 752
    0
    Ehtiyat Rəisin yaraşığıdır... Ehtiyatlı Ərdoğan mühafizəçinin əlindən su qəbul etməyib. Stəkanıı oğlu Bilal uzadandan sonra götürməyə razılaşıb.😀

    IMG_2386.MP4

    1 835
    11
    Təxribat törətmək məqsədiylə Zəngilan rayonunun ərazisinə keçən Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun görüntüləri yayılıb.

    Screen Recording 2023-05-27 at 16.21.43.mov

    1 679
    3
    20 ailədən (97 nəfər) ibarət Laçın sakinlərinin birinci qrupu bu gün öz doğma şəhərinə qayıdır.🙏 Həmişə evdə-eşikdə.

    IMG_6772.MP4

    1 674
    4
    Zəngilanda 2 erməni diversantı tutulub May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmışdır.  Sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır. Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçmışlar. Əməliyyat şəraiti nəzarətdə saxlanılır.
    Mostrar más ...
    1 751
    1
    VMF şirkəti Danimarkanın “OBaku” saat  şirkəti ilə bu ildən başlayaraq iş birliyi yaratdıqları və bu əməkdaşlığın ilkin təcəssümü kimi  ”OBaku” brendinin müstəqilliyimizin münasibətilə xüsusi saat kolleksiyası istehsal edib.

    OBAKU_WAP1.mp4

    1 736
    2
    Qarabağ zonasında müvəqqəti yerləşdirilmiş Rusiya hərbi güvvələri qeyri qanuni erməni birləşmələrinin silah-sürsatını və şəxsi heyyətini qanunsuz yaradılan postlara müssyiət edir.

    -1899217571295143084.mp4

    1 795
    4
    Göygöldə iki nəfəri sel aparıb. Hər iki şəxsin meyiti tapılıb. Onlar 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovdur.

    660e359b1a5edc92f960e48d83b85a7d.dat

    690d40030e554a556460a9d29899a627.dat

    1 801
    5
    Əhməd Obalı və oğlu Dəniz ABŞ-da döyülüb. ANS Press-ə bu məlumatı ABŞ-dakı mənbələr verib. Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur. Əhməd Obalının əl barmaqlarının hamısı sınıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları heç işləmir. Bunu ANS Press-ə Əhməd Obalının bacısı oğlu Araz Obalı deyib. Onun sözlərinə görə, Əhməd Obalının boynunda ağır əməliyyat aparılıb. Araz Obalı onu da bildirib ki, Əhməd Obalıya hücum ABŞ-ın Kaliforniya ştatında olub. Qeyd edək ki, Əhməd Obalı Çikaqo şəhərində yaşayır və fəaliyyət göstərir. Kaliforniyaya oğlunun məzun gününə gəlibmiş.
    Mostrar más ...
    2 988
    2
    Bakının görüş təklifini rədd edən separatçılar yalvarırlar  İki dəfə rəsmi Bakının danıışıqlara dəvətini rədd edən Xankəndidəki separatçı xunta, düşdüyü çıxılmaz vəziyyəti anlayaraq, oyuncaq ”xarici işlər naziri” Sergey Qazaryanın addından Azərbaycan rəhbərliyinə müraciyət edib: ”Biz Azərbaycanla münaqişənin hərtərəfli və qarşılıqlı məqbul həlli üzrə razılaşdırılmış və beynəlxalq səviyyədə tanınmış danışıqlar formatında danışıqlara başlamağa hazırıq.” 
    2 451
    5
    Ən maraqlısı budur ki, güya Qarabağ ermənilərinin dərdini çəkən bu tamaşaya toplanmış qaragüruh "blokada şəraitində acından və xəstəliklərdən əziyyət çəkən" Xankəndidəki ermənilərə humanitar yardım aparan Qırmızı Xaçın maşın kərvanının yolunu kəsiblər.😂😂😂

    IMG_6523.MP4

    1 839
    0
    Ermənilər Laçın SKM-nin qarşısında mitinq edir? Ermənistanın ekstremist Daşnaktsutun partiyası və hərbi cani Robik Köçəryanın tərəftarları məlumat yayıblar ki, partiya fəalları "Xakari körpüsündə quraşdırılmış Azərbaycan keçid məntəqəsindən qarşısında aksiya keçirirlər".  Məlumatdan belə bir təsurat yaranır ki, daşnaklar bu ilin aprelin 23-də quraşdırılmış, Azərbaycan sərhədçilərinin xidmət etdiyi Laçın Sərhəd Keçid Məntəqəsinə (SKM) ciddi təhlükə və təhdid yarana bilər. Lakin yayılan videogörüntülərdən məlum olub ki, daşnaklar Laçın SKM-dən 12 kilometr aralıda Gorusun Karnidzor kəndi yaxınlığıında toplaşıblar.🤣
    Mostrar más ...
    1 678
    3
    İrəvan sülh istəyirsə onda niyə 100 mln dollarlıq silah alır İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfiri Sridharan Madhusudhananın etimad naməsini qəbul etmə mərasimindəki çıxışında Ermənistanda revanşist qüvvələrin baş qaldırmasından danışıb. Prezident deyib: ”Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir”. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, ”əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır.” Azərbaycan Prezidenti vurğuladı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.Xatırladaq ki, Ermənistan məhz Hindistandan tank əleyhinə raketlər və çoxlüləli reaktiv yaylım atəşi sistemləri, eləcə də digər növ sursatlar alıb. Razılaşmanın dəyəri açıqlanmasa da, yaxın aylarda Ermənistana 240 milyon dollardan artıq silahın çatdırılacağı gözlənilir.Hindistan istehsalı olan
    Mostrar más ...
    1 781
    0
    Rusiya və Azərbaycan XİN rəhbərləri Sergey Lavrov və Ceyhun Bayramovun Moskvada görüşü keçirilir

    666.mp4

    1 656
    0
    Laçın Sərhəd Keçid Məntəqəsi öz işindədir. Ermənistandan gələnlər standart qaydada yoxlanılır.  😜

    videoplayback.mp4

    1 765
    0
    1 776
    0

    WhatsApp Video 2023-05-18 at 01.27.05.mp4

    1 748
    0
    VMF saatları Rusiya sərgisindədir XIV Beynəlxalq İqtisadi Forum çərçivəsində "Rusiya - İslam dünyası: Kazanforum" 2023 sərgisi bu gün işinə başlayır. Azərbaycanı bu sərgidə ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki təmsil edir. Bu barədə VMF Saat Fabrikindən məlumat verilib. Sərgidə "Kazanforum"un dəvəti ilə VMF Saat Fabrikinin təsisçisi Vahid Mustafayev, fabrikin baş direktoru Orxan Məmmədov və digər şəxslər iştirak edir. O cümlədən, baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov, şeyxülsiam Hacı Allahşükür Paşazadə və digər vəzifəli şəxslər də sərgidə iştirak edir. Rusiya Prezidenti Vladimir Putin forum iştirakçılarına müraciətində İslam dünyasının sürətlə inkişaf etdiyini, ticarət və maliyyə sahələrində nəzərəçarpacaq uğurlar qazandığını vurğulayıb, “Rusiya bu ölkələrlə mümkün qədər geniş ticarət və humanitar əməkdaşlığa açıqdır” deyib. Rusiya Federasiyası Tatarıstan muxtar respublikasının paytaxtı Kazanın forum çərçivəsində çoxlu xarici qonağı qəbul edəcəyinə diqqət çəkən Putin deyib: “Rusiyanın ənənəvi olaraq müsəlman dövlətləri ilə həm ikitərəfli, həm də İƏT ilə əməkdaşlıq çərçivəsində sıx və etibarlı münasibətləri olub. Bu əlaqələr tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanır. Bizi beynəlxalq hüquqa əsaslanan daha ədalətli, çoxqütblü dünya nizamına sadiqliyimiz birləşdirir. Bu gün İslam ölkələri sürətlə inkişaf edir, ticarət və maliyyə, innovasiyalar və tətbiqi tədqiqatlarda nəzərəçarpacaq nailiyyətlər əldə ediblər. Rusiya mümkün olan ən geniş kommersiya təşkilatlarına açıqdır. Bu ölkələrlə humanitar əməkdaşlığımız mövcuddur. Biz qurulmuş əlaqələrimizi gücləndirmək, yeni tərəfdaşlar əldə etmək, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlığı təşviq etmək və yeni logistik zəncirlər yaratmaq istəyirik. Əminəm ki, Rusiya-İslam Dünyası Strateji Baxış Qrupunun Kazan Forumunun fəaliyyəti Rusiya və müsəlman ölkələrinin işgüzar dairələri arasında qarşılıqlı əlaqələri daha da gücləndirəcək, regional və hökumətlərarası səviyyədə birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq”. “Rusiya-İslam Dünyası: KazanForum" Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün 85 ölkədən və Rusiya Federasiyasının 84 regionundan 7210 nəfər qeydiyyatdan keçib. Ümumilikdə forum tədbirlərinin işində və dəstəyində 15 min nəfərin iştirakı gözlənilir. Azərbaycan, İran, Malayziya, Tacikistan, Türkiyə və Özbəkistan kimi ölkələrdən 100-dən çox iştirakçı ilə ən böyük nümayəndə heyətləri gəlib. Ümumilikdə forumda 45 diplomatik nümayəndəlik, o cümlədən 37 fövqəladə və səlahiyyətli səfir iştirak edir. Rusiyanın təsis qurumlarından ən böyük nümayəndə heyətləri Moskva, Sankt-Peterburq, Başqırdıstan Respublikası, Mordoviya Respublikası, Çeçenistan Respublikası, Samara vilayəti, Orenburq vilayəti və Perm diyarından gəlib. Yüksək rütbəli qonaqlar arasında Rusiya Federasiyası Baş nazirinin müavinləri Andrey Belousov, Marat Xusnullin, Aleksey Overçuk, həmçinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirill də var. Forumda Rusiya Federasiyasının 17-dən çox subyektinin rəhbərləri də iştirak edəcək. “Yüksək səviyyəli qonaqların sayına və iştirakçı ölkələrin sayına görə rekord rəqəmlərə sahibik. Və bu yaxşı xəbərdir. Bu onu deməyə əsas verir ki, forum maraqlıdır, insanlar foruma gedirlər, forum bu qədər dostlar və tərəfdaşlar üçün cazibə mərkəzidir”, - İdman və Sosial Layihələr Direktorluğunun baş direktoru Maksim Denisov bildirib. “Rusiya - İslam Dünyası: KazanForum” 2023 Beynəlxalq İqtisadi Forumu çərçivəsində 200-ə yaxın müxtəlif tədbirin, o cümlədən strateji sessiyalar, konfranslar, dəyirmi masalar və s. keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Kazan Forumu mayın 18-20 tarixlərində keçiriləcək.
    Mostrar más ...
    1 682
    0
    ​​Rauf Ağamirzəyev: Rəşt-Astara dəmir yolu Azərbaycanın imkanlarını artıracaq İran və Rusiya tərəfi bu dəmir yolun tikintisinə dair saziş imzalayıb. Şimal-Cənub Nəqliyyat Dəhlizi ideyası 2000-ci ildən səsləndirilir. Hindistan-İran-Rusiya arasında nəqliyyat dəhlizi, hansı ki, Süveyş kanalına alternativ olmalıdır, 7200 km məsafəni azaldılması nəzərdə tutulub. 2005-ci ildən Azərbaycan da qoşulub bu dəhlizə. Bu dəhlizin üç marşrutu var – biri Xəzər üzərindəndir, biri Şərq marşrutudur, Rusiya –Qazaxıstan-Türkmənistan-İran, və Qərb marşrutu – Rusiya-Azərbaycan-İran. Həmçinin İran ərazisində Fars körfəzinin limanlarına - Bəndərabbas, Bəndər İmam Xomeyni və Hind okeanına çıxan Çabahar. Bu layihə işə düşməzdən əvvəl də 1996-cı ildə Türkmənistanın Seraxs rayonunda artıq Türkmənistan-İran dəmir yolu fəliyyətə başlayıb. 2014-cü ildə Qazaxıstan-Türkmənistan-İran dəmir yolu işə düşüb. Yəni Şərq marşrutu üzrə artıq Mərkəzi Asiyadan iki çıxış mövcuddur. Qərb marşrutu üzrə Culfadan əlaqəmiz var. Amma hələ Zəngəzur dəhlizi işə düşmədiyindən Culfadan üzü Azərbaycana tərəf əlaqə hələ tam deyil. Astara üzərindən olan marşrut 2017-ci ildə aktiv işlər görməyə başladı. Yəni Astara şəhərinə girmədən 7,2 km-lik dəmir yol xətti, Astaraçay üzərində dəmir yol körpüsü və İran Astarasına keçməklə Azərbaycan tərəfi Astara terminalını icarəyə götürüb. 25-30 hektarlıq ərazidə tikinti-quraşdırma işləri davam edir. İranla Rusiyanın razılığa gəldikləri ərazi İran Astarası ilə İranın Rəşt şəhəri arasındakı məsafəni nəzərdə tutur, 162 kilometr. Bunu da çox güman ki, Rusiyanın dəmir yolu tikəcək. İran sanksiya altında olduğu üçün Rusiya tərəfi vəsaiti öz podratçısına verəcək. Sanksiya altında olan dövlət üçün hər hansı işi görmək çox çətindir. İndi ona görə aktuallaşıb ki, şimal qonşumuz da sanksiya altındadır. İndi Rusiyadan ötrü strateji vacibdir ki, öz ənənəvi yolu dəyişsin. Ənənəvi yolu Qara dənizə çıxırdı, indi isə bu yol cənuba yönəlib. Bu, uzun vədəli və çox xərc tələb edən layihədir. Yeni stansiyalar tikilməlidir, mövcud stansiyalar genişlənməlidir, yəni bütün infrastruktur bu axına hazır olmalıdır. Həmçinin Rusiya tərəfi elan edib ki, 2025-ci ilə kimi Azərbaycan-Rusiya sərhədində mövcud Yalama xəttinə paralel olaraq, əlavə “Samur-2” dəmir yolu keçidi nəzərdə tutulub. Bu xətt ilə yaxın 10 il ərzində 30 milyon tona yaxın yük daşınması hədəflənir. Zəngəzur dəhlizində Azərbaycan tərəfinin işlərin aparılmasına dair İranın təzyiqlərinə gəlincə, İranın hər hansı qüvvələri nəyə isə etiraz edə bilər. Amma Azərbaycanla İran arasında 2022-ci il martında razılaşma memorandumu var və 2022-ci ili sentyabrında Zəngəzur dəhlizində İran trəfindən dublyor dəmir yolun çəkilməsinə dair Ağbənddə təməlqoyma oldu. İran tərəfi həm imza atdı, həm də təməlatmada iştirak etdi. Düzdür, İran istəyirdi ki, Azərbaycana təzyiq göstərsin. Lakin mövcud vəziyyət onu göstərir ki, Azərbaycan tərəfi normal şəkildə öz mövqeyini ortaya qoyub. Bizim heç kimlə ədavətimiz yoxdur. Bizə yol lazımdır. Azərbaycan qonşularla sülh və dostluq şəraitində yaşamağa üstünlük verir. Azərbaycan bir yoldan asılı qalmaq istəmir: tək Culfadan, ya Astaradan asılı qalmaq istəmir. Yaxud Gürcüstan tərəfindən yalnız Böyük Kəsikdən asılı qalmaq istəmir, güman ki, Balakən istiqamətindən də yol olacaq. İndi Araz çayı boyunca 110 km-lik Horadiz-Ağbənd dəmir yolu da, avtomobil yolu da tikilir. İşğal dövründə Xudafərin su anbarı tikildiyindən köhnə Sovet dəmir yolunun o hissəsi su altında qalıb. Ona görə yeni marşrutla tikilir. Onu da qeyd edim ki, "Şimal-Cənub" nəqliyyat dəhlizində Azərbaycanın payına Astaradan Yalamaya qədər – 500 km-lik dəmir yolu düşür. Rauf Ağamirzəyev - beynəlxalq nəqliyyat üzrə ekspert
    Mostrar más ...
    image
    1 622
    3
    Ermənilər döyüş PUA-larını işə saldı FOTO Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.”Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - rəsmi açıqlamada bildirilib.
    Mostrar más ...
    1 679
    0
    "Qarabağın erməni əhalisi arasında parçalanmalar baş verməkdədir" - Fərhad Məmmədov Politoloq Fərhad Məmmədovun Azərbaycan-Ermənistan danışıqları, Qarabağ ermənilərinə rəsmi Bakının üçüncü dəvətinin olmaması ilə bağlı ANS Press-ə müsahibəsi - Sərhəd-Keçid Məntəqəsi (SKM) qoyulandan sonra Azərbaycan Qarabağ ermənilərini danışıqlar üçün Bakıya dəvət etmir. Bu nə ilə bağlıdır? Bundan əvvəl rəsmi Bakı Qarabağ ermənilərini iki dəfə dəvət etmişdi. Düzdür, qarabağlı ermənilər dəvətləri qəbul etməmişdilər. - Şərti sərhəddə nəzarət-buraxılış məntəqəsi yerləşdirildikdən sonra Ermənistanla danışıq prosesi aktivləşib. Və görünən odur ki, Brüssel görüşündən sonra ərazi bötüvlüyünün tanınmasında ciddi proqres var və faktiki olaraq 86,6 min kv kilometr o deməkdir ki, Ermənistan tərəfindən Qarabağ Azərbaycandır deyilməsinə biz yaxınlaşırıq. Yəni əgər hər hansı sənəd imzalansa, bu orada öz əksini tapacaq. Bu artıq Azərbaycana imkan verəcək ki, Ermənistandan tələb etsin ki, Qarabağ erməniləri ilə həyata keçirdiyi resurs dəstəyini öz xoşu ilə qarşısını alsın. Ruben Vardanyanın dünənki postunda verdiyi ismarışlar da məhz Bakı ilə dünya ictimaiyyətindən daha çox Ermənistana yönəlik idi.  Vardanyanın "şərt"lərinə görə, "1. Ermənistanla heç bir məhdudiyyət və nəzarət olmadan maneəsiz əlaqə saxlnılmalıdır 2. Qarabağ erməniləri öz pasportlarını saxlamalıdlr, onlar guya heç vaxt Azərbaycanın tərkibində olmayıblar. 3. Ermənistan valyutasından istifadə etməlidirlər. 4. Öz "hüquq sistemləri", öz "Ali Məhkəmə"ləri, öz "parlament"ləri, "prezident"ləri var və bütün bunlar da erməni olmalıdır. 5. Öz infrastrukturlarına, məsələn, qaz təchizatına, elektrik enerjisinə nəzarət etməlidirlər. Nəhayət, "öz dilimizi, dinimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub saxlamalıyıq. Bunlar heç kimin keçməsinə icazə verməməli olduğumuz altı ən vacib sərhəddir". Fikir verdinizsə, əsasən resurs təminatı ilə bağlı olan məsələlərdir və ismarışların əsas ünvanı Ermənistan hakimiyyəti idi. Əlbəttə, Vardanyanın əvvəl hansısa psevdo vəzifəsi var idisə, indi o da yoxdur.  Əgər Ermənistan “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” mücərrəd cümləsində 86,6 min kv kilometrə yaxınlaşırsa, deməli, Azərbaycanın daxili işlərinə qarışmamaq öhdəliyini öz üzərinə götürür. Belə olan halda artıq Qarabağ erməniləri daxilində təşviş düşüb. Üçüncü dəvətin olmamasını mən birinci variant olaraq Ermənistanla olan danışıqlarla əlaqələndirirəm. - Ola bilərmi ki, Qarabağ erməniləri arasında parçalanmalar da danışıqların baş tutmamasının səbəblərindən olsun? - Bəli, bu ikinci məqamdır. Qarabağın erməni əhalisi arasında parçalanmalar baş verməkdədir. Biz görürük ki, hərbi diktatura yaradan Arayik (Qarabağdakı separatçıların lideri Arayik Arutunyan nəzərdə tutulur – red.) və onun ətrafında olan, psevdo vəzifə daşıyan insanlar var, eyni zamanda yenidən Ruben Vardanyan və ona qarşı olan Samvel Babayan (separatçı rejimin keçmiş “müdafiə naziri” – red.) fəallaşıb. Onların dedikləri bir-birinə oxşaya bilər. Məqsədləri eyni olsa da, ona çatma yolları fərqlidir. Belə görünür ki, mərkəzi hakimiyyət, yəni Bakı bu proseslərin hansı səviyyəyə qədər inkişaf etməyini gözləyir – daxildən parçalanmalar, Rusiya sülhməramlılarına olan münasibətdə etimadsızlıq – bunlar hamısı Bakıya lazımdır ki, müqavimət hissinin artırılmasının qarşısı alınsın. Bu zaman onlar artıq seçim qarşısında qalacaqlar: ya ərazidə qalıb vətəndaşlığı qəbul etmək, ya da hal-hazırda “vətəndaş”ı olduğu əraziyə - Ermənistan Respublikasının ərazisinə köçmək. Çünki indi orada diskusda o da var ki, “əgər biz (Qarabağın erməni əhalisi – red.) gələcəyə baxışımızı formalaşdıra bilmiriksə, onda biz köçməliyik”. Bunu da Paşinyanın üstünə atacaqlar.   - Təşəkkür edirəm müsahibənizə görə! - Həmişə xoşdur!
    Mostrar más ...
    Мнение ФМ
    Мысли вслух
    1 959
    1
    2 532
    1
    Türkiyədə seçki qutularının 99.99 faizi açıldı “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb. Parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 səs toplayıb. Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.
    Mostrar más ...
    2 391
    0
    Última actualización: 11.07.23
    Política de privacidad Telemetrio