🇦🇿Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ilk dəfədir qeyd olunur.
Prezident İlham Əliyevin bu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün - sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən bir il ötür.
Mostrar más ...