⚡️ DİN İnstagramda onlayn qumar oyunları təşkil edən dəstəni ifşa edib.
📍 Dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə və 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər.
📍 Dəstə üzvlərinə məxsus çoxsaylı bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2 milyon manat məbləğində nağd pul vəsaiti və s. maddi sübut kimi götürülüb.
📍 Şəbəkənin 3.375.000 məbləğində pul vəsaitini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb.
📍 Şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, “Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.
ادامه مطلب ...