Best analytics service

Add your telegram channel for

  • get advanced analytics
  • get more advertisers
  • find out the gender of subscriber

статистика аудитории ŞEDEVR +

şedevr şəbəkəsinə bağlı © ☎️ reklam və iş birliyi üçün →  @BOTSHEDEVR  📺 eyni adda feysbuk səhifəmiz:  https://www.facebook.com/Sedevr1?mibextid=ZbWKwL  
Показать больше
63 335-61
~17 252
~15
27.59%
Общий рейтинг Telegram
В мире
17 028место
из 78 777
9место
из 63
В категории
776место
из 2 793

Пол подписчиков

Если это ваш канал, тогда можете узнать какое количество женщин и мужчин подписаны на канал.
?%
?%

Язык аудитории

Если это ваш канал, тогда можете узнать какое распределение подписчиков канала по языкам
Русский?%Английский?%Арабский?%
Количество подписчиков
ГрафикТаблица
Д
Н
М
Г
help

Идет загрузка данных

Время жизни пользователя на канале

Если это ваш канал, тогда можете узнать как надолго задерживаются подписчики на канале.
До недели?%Старожилы?%До месяца?%
Прирост подписчиков
ГрафикТаблица
Д
Н
М
Г
help

Идет загрузка данных

Since the beginning of the war, more than 2000 civilians have been killed by Russian missiles, according to official data. Help us protect Ukrainians from missiles - provide max military assisstance to Ukraine #Ukraine. #StandWithUkraine
⚡️⚡️⚡️Entoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib. Prezident İlham Əliyev isə Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkədə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb. ✅
5 691
7
⚡️⚡️”Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.” ✅ | prezident İlham Əliyev
5 808
3
⚡️ABŞ Dövlət katibi Entoni Blinken bu gün prezident İlham Əliyevə zəng edib. ✅
5 609
0
Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib. Digər tərəfdən isə INSTC çərçivəsində Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun cari ilin may ayına kimi açılması gündəmdədir. INSTC: İştirakçılar və marşrutlar 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. İndiyədək 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib. INSTC əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi əsasən üç istiqamət üzrə inkişaf edir: - Şərq marşrutu - Mərkəzi Asiyadan keçməklə; - Mərkəz marşrutu - Xəzər üzərindən keçməklə; - Qərb marşrutu - Azərbaycandan və ya Ermənistandan keçməklə. Azərbaycanla yanaşı INSTC-nin Qərb marşrutuna Ermənistan da iddialıdır. INSTC üzrə Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara dəniz multimodal marşrutunun elan edilməsilə İrəvan dəhlizin Qərb marşrutu uğrunda Azərbaycanla rəqabət iddialarını ortaya qoyub. Lakin Ermənistan strateji dəhlizin ölkə ərazisindən keçməsini istəsə də, bu istiqamətdə kifayət qədər real əməli fəaliyyətlər həyata keçirə bilməyib. Ermənistan - ən məhdud marşrut Ermənistan üzərindən keçən yeni multimodal marşrut hazırda INSTC-nin ən zəif və ən məhdud ötümə imkanı olan marşrutudur. Belə ki: - Ermənistan üzərindən keçən marşrut əsasən dəniz+avtomobil yolu kombinə daşımaları nəzərdə tutur ki, bu da bahalı variant sayılır. Dağlıq relyefə görə, İrandan gələn və Ermənistanın cənubu ilə şimalını birləşdirəcək dəmiryol xəttinin çəkilişi isə səmərəsiz hesab olunur. - Ermənistanın İranla cəmi bir (Aqarak), Gürcüstanla dörd sərhəd keçid məntəqəsi (Bavra, Qoqovan, Baqrataşen, Privolnoe) mövcuddur. Ölkədə istər avtomobil, istərsə də dəmiryolları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. 2009-cu ildə 556 km-lik Şimal-Cənub avtomobil yolunun tikintisinə başlanılıb və ötən 15 il ərzində yolun cəmi 31 kilometri (5,5%) çəkilib. Halbuki, məhz bu yol ölkənin şimalı (Gürcüstanla sərhəd) ilə cənubunu (İranla sərhəd) birləşdirməli, Ermənistan və Gürcüstan ərazisindən keçməklə Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin etməlidir. Dəmir yollarına gəlincə, Ermənistandan qonşu ölkələrə istiqamətlənən dörd dəmiryol xəttindən üçü fəaliyyətsizdir. - Yeni multimodal marşrutun Ermənistandan sonrakı növbəti dayanacağı olan Gürcüstanda da dəhlizin normal fəaliyyəti üçün müəyyən məhdudiyyətlər mövcuddur. Böyük həcmli yük axınları üçün ölkənin liman infrastrukturunun genişləndirilməsinə ehtiyac var. Bununla yanaşı, Gürcüstan və Rusiya arasındakı dəmir yolu əlaqəsi tamamilə kəsilib. Hazırda Gürcüstanı Rusiya ilə yalnız bir avtomobil yolu əlaqələndirir (Şimali Lars) ki, bu yol da hava şəraiti ilə əlaqədar tez-tez bağlanır. Azərbaycan - daha yaxşı alternativ Günümüzdə fəaliyyət göstərən və öz imkanlarını genişləndirən Azərbaycan üzərindən keçən yollar INSTC-nin Qərb istiqaməti üçün Ermənistan marşrutuna nisbətdə daha yaxşı alternativdir. Çünki: - Yalnız bir yoldan, özü də dağlıq ərazilərdən keçən avtomobil yolundan asıllıq dəhlizin dayanıqlığına ciddi şübhələr yaradır. - Ermənistandan fərqli olaraq, Azərbaycanda INSTC-nin məhsuldar fəaliyyəti üçün lazım olan infrastruktur bazası artıq mövcuddur. Sadəcə mövcud infrastrukturu bir qədər genişləndirməklə təkmilləşdirmək lazımdır ki, hazırda ölkəmizdə həm İran, həm Rusiya, həm də Gürcüstan istiqamətində müvafiq işlər aparılır. Daha ətraflı:
Показать полностью ...
Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti | CSSC
Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha ​​bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib. Rusiyaya səfəri zamanı dövlət başçısı məsələ ilə bağlı həmkarı
7 070
4
Britaniyanın Azərbaycandakı səfiri "X" hesabında sorğu keçirir. ✅
8 025
12
⚡️Paşinyan və Blinken arasında telefon danışığı baş tutub. ● Tərəflər Brüsseldə üçtərəfli görüşdə əldə olunmuş razılaşmaları müzakirə ediblər. ● Paşinyan Azərbaycanla delimitasiyası prosesini müsbət qiymətləndirib. Telefon danışığı zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır. ✅
7 946
1
"Kəpəz"ə məğlub olan "Qəbələ" klubu 1-ci Diviziona düşüb. ✅
9 412
2
⚡️Naxçıvan MR-nın Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub. Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır. ✅
9 513
2
Ukraynanın İrpen şəhəri ilə Laçın şəhəri qardaşlaşacaq. ✅
11 059
15
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun prezidenti ilə görüşüb, birgə fəaliyyət imkanlarını müzakirə edib. ✅
11 219
7
☀️ Sabah Bakıda və Abşeron yarımadasında 30 dərəcə istilik gözlənilir. ✅
10 968
4
⚡️Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin təmiri tam yekunlaşıb. Keçid məntəqəsi istismara hazırdır. (Ermənistan XİN) ✅
11 508
4
Zəngilanda silah-sursat aşkar edilib. (DİN) ✅
11 811
3
📌 Dünyanın hər yerində insanlar cinsi zor*kılığa məruz qalanda bəzi insanlar səbəbi niyəsə qurbanda axtarır... Həmin insanlar xüsusilə, qısa, açıq-saçıq geyimlərin cinayətkarı təhrik etdiyinə inanır, hətta bununla cinayətkara haqq qazandırırlar... Bu sərgi məhz həmin insanlar üçün yaxşı nümunədir. Sərgi 2013-cü ildə Kanzas Universitetindən Cen Brokmenin tərəfindən qurulub. Burada təc*vüzə məruz qalmış 18 şəxs və onların həmin anda geyindikləri geyimlər, onların real hekayələri və öz sözləri ilə nümayiş etdirilir. ℹ️ Təəssüf ki, 2024-cü ildə bu cümlələri yenidən xatırlatmağa məcbur qalırıq: İnsanlar geyimlərində azaddır. Onları geyimlərinə görə qiymətləndirmək, onları alçaltmaq, hüquqlarını tapdalamaq və ya marketdən qovmaq olmaz. ✅ İstinad: TheVoiceMag, HopeRising, NY Post ✅ Hazırladı:
Показать полностью ...
1
0
Ermənistan Baş naziri Nikol Paşinyan Qavar şəhərində gənclərlə keçirilən görüşündə bildirib ki, ermənilər xəyali və real olmayan sərhədlərdən imtina etməlidir. ✅
13 334
8
⚡️Ermənistanın Tavuş vilayətinin Kirants kəndində Azərbaycanla sərhədlərin delimitasiyası haqqında razılaşmaya etiraz edən sakinlərə qoşulan 12 nəfər hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunub. ✅
13 890
3
FIFA prezidenti C.İnfantino “Qarabağ”ı çempion olması münasibətilə təbrik edib. ✅
14 076
2
⚡️Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb. ✅
14 472
4
Ursula Fon der Lyayen Bakıda keçiriləcək COP29-a dəvət olunub. ✅
14 616
6
Berlində Azərbaycan və Almaniya prezidentlərinin birgə gəzintisindən. ✅

file

14 511
13
⚡️Qarabağı tərk edən Rusiya sülhməramlı kontingenti Avdeevka istiqamətinə göndəriləcək. (KİV) ✅
13 912
17
⚡️Ermənistan parlamentin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan: "Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb". ✅
13 879
4
Ermənilər Qazaxın kəndlərinin təhvil verilməsinə qarşı etiraz aksiyası keçirirlər. ✅

file

14 587
4
⚡️İrəvan sülh sazişi layihəsi üçün Bakıdan təkliflər alıb. (Ermənistan XİN) ✅
13 946
4
⚡️Ağ Ev Qəzzadakı kütləvi məzarlıqlarla bağlı İsraildən açıqlama gözləyir. ✅
14 207
6
Berlində Prezident İlham Əliyev və Olaf Şolts arasında təkbətək görüş başlayıb. ✅
14 373
2
⚡️Prezident İlham Əliyev Berlindəki çıxışında: "Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var". ✅
14 466
7
⚡️"Rusiyanın Ukraynanı qanunsuz işğalı" konfransında iştirak etdiyinə görə tənqid edilən Alen Simonyan rus siyasətçilərinə cavab verib: "Türkiyə də yeni ərazilərin Rusiyaya daxil olmasını tanımır. Eyni zamanda, Türkiyə Prezidenti Krımı da tanımadığını xüsusilə vurğulayır. Mən başa düşmək istəyirəm: gücləri yalnız bizə çatır?" ✅
14 143
11

file

13 363
5
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. ✅
13 028
3
Последнее обновление: 11.07.23
Политика конфиденциальности Telemetrio