📌Söhbət hindistanlı Dashrath Manjhidən gedir.
Manjhi Bihar əyalətinin Gehlaur kəndində yaşayan hindli bir fəhlə və tarla işçisi olub. Kəndin yolu elə imiş ki, ən yaxın həkimə getmək üçün 90 km yol qətt etmək lazım imiş. Manjhinin həyat yoldaşı 1959-cu ildə dağdan yıxılaraq ağır dərəcədə yaralanır və ən yaxın həkimə çatdırılması gecikdiyi üçün həyatını itirir.
Hadisə Dashrath Manjhidə ağır izlər buraxır. O, qərar verir ki, çəkici və iskənəsi ilə (daşı, taxtanı oymaq üçün metal alət - chisel) dağı yarıb yolu qısaltsın. 1960-cı ildə işə başlayır. İlk vaxtlar kənd sakinləri ona lağ etsələr də, sonralar yemək və alət gətirərək ona dəstək olurlar.
22 il boyunca Manjhi möhkəm iradəsi ilə bu yolu açmaq üçün işləyir. Nəhayət, dağı yararaq uzunluğu 110 metr, genişliyi 9 metr olan bu keçidi aça bilir. kəndin yolu 40 km qısalır.
Xalq arasında "Dağ adamı" ləqəbi ilə tanınır və baş nazir tərəfindən mükafatlandırılır. Haqqında sənədli film və film çəkilib.
✅ İstinad: IndiaToday, DailyMail
✅ Hazırladı: Albert Eynişeydi
Показати повністю ...