Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti
Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib.
Digər tərəfdən isə INSTC çərçivəsində Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun cari ilin may ayına kimi açılması gündəmdədir.
INSTC: İştirakçılar və marşrutlar
2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. İndiyədək 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib.
INSTC əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb.
Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi əsasən üç istiqamət üzrə inkişaf edir:
- Şərq marşrutu - Mərkəzi Asiyadan keçməklə;
- Mərkəz marşrutu - Xəzər üzərindən keçməklə;
- Qərb marşrutu - Azərbaycandan və ya Ermənistandan keçməklə.
Azərbaycanla yanaşı INSTC-nin Qərb marşrutuna Ermənistan da iddialıdır. INSTC üzrə Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara dəniz multimodal marşrutunun elan edilməsilə İrəvan dəhlizin Qərb marşrutu uğrunda Azərbaycanla rəqabət iddialarını ortaya qoyub. Lakin Ermənistan strateji dəhlizin ölkə ərazisindən keçməsini istəsə də, bu istiqamətdə kifayət qədər real əməli fəaliyyətlər həyata keçirə bilməyib.
Ermənistan - ən məhdud marşrut
Ermənistan üzərindən keçən yeni multimodal marşrut hazırda
INSTC-nin ən zəif və ən məhdud ötümə imkanı olan marşrutudur. Belə ki:
-
Ermənistan üzərindən keçən marşrut əsasən dəniz+avtomobil yolu kombinə daşımaları nəzərdə tutur ki, bu da bahalı variant sayılır. Dağlıq relyefə görə, İrandan gələn və Ermənistanın cənubu ilə şimalını birləşdirəcək dəmiryol xəttinin çəkilişi isə səmərəsiz hesab olunur.
- Ermənistanın İranla cəmi bir (Aqarak), Gürcüstanla dörd sərhəd keçid məntəqəsi (Bavra, Qoqovan, Baqrataşen, Privolnoe) mövcuddur. Ölkədə istər avtomobil, istərsə də dəmiryolları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. 2009-cu ildə 556 km-lik Şimal-Cənub avtomobil yolunun tikintisinə başlanılıb və ötən
15 il ərzində yolun cəmi 31 kilometri (5,5%) çəkilib. Halbuki, məhz bu yol ölkənin şimalı (Gürcüstanla sərhəd) ilə cənubunu (İranla sərhəd) birləşdirməli, Ermənistan və Gürcüstan ərazisindən keçməklə Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin etməlidir. Dəmir yollarına gəlincə,
Ermənistandan qonşu ölkələrə istiqamətlənən dörd dəmiryol xəttindən üçü fəaliyyətsizdir.
- Yeni multimodal marşrutun Ermənistandan sonrakı növbəti dayanacağı olan Gürcüstanda da dəhlizin normal fəaliyyəti üçün müəyyən məhdudiyyətlər mövcuddur.
Böyük həcmli yük axınları üçün ölkənin liman infrastrukturunun genişləndirilməsinə ehtiyac var. Bununla yanaşı,
Gürcüstan və Rusiya arasındakı dəmir yolu əlaqəsi tamamilə kəsilib. Hazırda Gürcüstanı Rusiya ilə yalnız bir avtomobil yolu əlaqələndirir (Şimali Lars) ki, bu yol da hava şəraiti ilə əlaqədar tez-tez bağlanır.
Azərbaycan - daha yaxşı alternativ
Günümüzdə fəaliyyət göstərən və öz imkanlarını genişləndirən Azərbaycan üzərindən keçən yollar INSTC-nin Qərb istiqaməti üçün Ermənistan marşrutuna nisbətdə daha yaxşı alternativdir. Çünki:
-
Yalnız bir yoldan, özü də dağlıq ərazilərdən keçən avtomobil yolundan asıllıq dəhlizin dayanıqlığına ciddi şübhələr yaradır.
-
Ermənistandan fərqli olaraq, Azərbaycanda INSTC-nin məhsuldar fəaliyyəti üçün lazım olan infrastruktur bazası artıq mövcuddur. Sadəcə mövcud infrastrukturu bir qədər genişləndirməklə təkmilləşdirmək lazımdır ki, hazırda ölkəmizdə həm İran, həm Rusiya, həm də Gürcüstan istiqamətində müvafiq işlər aparılır.
Daha ətraflı:
https://cssc.az/az/view/2/53Show more ...