Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.
Çıxışdan əsas məqamları diqqətinizə çatdırırıq.
Prezident İlham Əliyev Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik etdi və bu günün əhəmiyyətini vurğuladı.
Bir il əvvəl Azərbaycan Ordusu antiterror əməliyyatı nəticəsində ölkənin dövlət suverenliyini tam bərpa etdi və separatçıların fəaliyyətinə son qoydu.
🔸Prezident şəhidlərin xatirəsini yad etdi, qəhrəman hərbçilərin rəşadətini və vətənpərvərliyini yüksək qiymətləndirdi.
🔸44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu hər gün irəlilədi, yeni ərazilər azad etdi və milli ləyaqət bərpa olundu.
🔸Qələbənin əsas amillərindən biri kimi milli ruh, mənəvi hazırlıq və xalqın birliyi göstərildi.
🔸Gənc nəslin milli ruhda tərbiyəsi, onların vətənpərvərliyi və mənəvi dəyərlərə sadiqliyi vurğulandı.
🔸Azərbaycan dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz və öz gücünə güvənmək önəmlidir.
🔸Qarabağ Universitetinin açılışı tarixi hadisə kimi qiymətləndirildi və onun gələcək inkişaf perspektivləri qeyd olundu.
🔸Azərbaycan torpaqlarının tarixi, işğal dövründə qarşılaşdığı ədalətsizliklər və keçmiş liderlərin rolu xatırlandı.
🔸Gənclərə yaxşı oxumaq, milli dəyərlərə sadiq olmaq və Azərbaycanın hər zaman zirvələrdə olması üçün çalışmaq çağırışı edildi.
Mostrar más ...