El servicio también está disponible en su idioma. Para cambiar el idioma, presioneEspañola
Best analytics service

Add your telegram channel for

  • get advanced analytics
  • get more advertisers
  • find out the gender of subscriber
دسته بندی
زبان جغرافیایی و کانال

audience statistics Albert Eynişeydi

Reklam üçün əlaqə:  @gurbanovjeyhun  Qeyd: Qarşılıqlı reklam edilmir. Statistikalar:  https://bit.ly/3UZfGV8  
10 4410
~0
~0
0
رتبه کلی تلگرام
در جهان
55 461جایی
از 78 777
36جایی
از 63
دسته بندی
735جایی
از 863

جنسیت مشترکین

می توانید بفهمید که چند زن و مرد در این کانال مشترک هستند.
?%
?%

زبان مخاطب

از توزیع مشترکین کانال بر اساس زبان مطلع شوید
روسی?%انگلیسی?%عربی?%
تعداد مشترکین
چارت سازمانیجدول
D
W
M
Y
help

بارگیری داده

طول عمر کاربر در یک کانال

بدانید مشترکین چه مدت در کانال می مانند.
Up to a week?%Old Timers?%Up to a month?%
رشد مشترکین
چارت سازمانیجدول
D
W
M
Y
help

بارگیری داده

Hourly Audience Growth

    بارگیری داده

    Time
    Growth
    Total
    Events
    Reposts
    Mentions
    Posts
    Since the beginning of the war, more than 2000 civilians have been killed by Russian missiles, according to official data. Help us protect Ukrainians from missiles - provide max military assisstance to Ukraine #Ukraine. #StandWithUkraine

    Kiçik də olsa, oğurluq etmisiniz?

    Bəli
    Xeyr
    225
    رأی دادن ناشناس
    1 289
    0
    🌑 Beyin dalğalarını süni intellekt ilə yazıya çevirmək mümkün idi. İndi isə daha maraqlı bir tədqiqat aparılıb: izlənilən görüntüləri videoya çevirə bilən bir süni intellekt... Sinqapur Milli Universiteti və Honq Konq Çin Universitetindən olan araşdırmaçılar beynin qan dövranındakı kiçik dəyişiklikləri qeyd edən fMRI görüntülərini istifadə edərək beyin dalğalarını müəyyənləşdiriblər. Araşdırmada iştirak edən insanlara videolar göstəriblər və onların beyin dalğalarını qeyd ediblər. "Stable Diffusion" adlı süni intellekt modelindən istifadə edərək dalğaları videolara çeviriblər. Göstərilən görüntülər ilə süni intellektin yaratdığı görüntülər arasında kiçik fərqlər var, amma ümumilikdə görüntülər 85% eynidir. Çox maraqlıdır. Görəsən, təsəvvür etdiyimiz, xəyal etdiyimiz şeyləri də videoya çevirə bilərik? İtirdiyimiz yaxınlarımızı, keçmişdəki anları, gələcək xəyallarımızı da görüntülərə çevirib izləyə, izlətdirə bilərik? ✅ İstinad: Mark Tech Post, VICE ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    204
    2
    🔥Hadisə ilə bağlı videolar:

    IMG_3848.MP4

    2 219
    3
    🔥 Rusiuanın paytaxtı Moskvaya PUA hücumları edilib. 2 yaşayış binası dronla vurulub. Ümumilikdə 25 PUA hücum cəhdinin olduğu bildirilir.
    2 178
    4
    📌Maykl Ceksonu "Spider-Man" rolunda təsəvvür edə bilirsiniz? Az qala bu mümkün olacaqmış. 1996-cı ildə "Marvel" iflas etmək üzrə idi. Həmin dövrdə Maykl Cekson "Marvel" şirkətini satın almaq istəyib. Çünki Maykl "Spider-Man" fanatı imiş və həmişə bir filmdə bu rolda oynamağı arzulayırmış. Həmin rolda oynamaq üçün hətta Sten Li ilə də danışdığı bilinir. Sırf o rolu canlandırmaq üçün popun kralı Maykl Cekson "Marvel" şirkətini almağa çalışıb, amma bilinməyən səbəblərə görə bu satış baş tutmayıb. 😅Maykl Ceksonu "Spider-Man" kimi təsəvvür edə bilirsiniz? Çox qəribə olardı. ✅ İstinad: ScreenRant, PixStory ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 310
    6
    📌110 il əvvəlki 1 dollar indiki 1 dollardan 30 dəfə, 50 il əvvəlki 1 dollar isə indiki 1 dollardan 7 dəfə daha dəyərlidir.
    2 120
    2
    🔥Türkiyədə gündəm seçkilərdir və gündəm həştəqi - dir. Erdoğanın növbəti dəfə seçilməsinə çox az qalıb. İnsanlar, xüsusilə də, gənclər artıq ümidlərinin, həyatlarının bitdiyini ifadə edən həştəqli tvitlər atırlar.
    2 292
    2
    🇨🇳Çinin Enshi şəhərində Shiziguan bölgəsində çayın üzərində inşa edilmiş bu üzən körpü son aylarda çox sayda turistin diqqətini çəkib. Körpünün uzunluğu 500 metr, eni 4,5 metrdir. Həm maşınlar, həm də piyada insanlar körpüdən keçirlər. Maraqlı görünür, amma həm də təhlükəlidir. Körpüdən keçərkən diqqətli olmaq lazımdır.

    IMG_3783.MOV

    2 294
    3
    🇦🇿28 May - Milli Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edirik! Müstəqilliyimizin əsasını qoyan böyük şəxsiyyətlər xaricdə təhsilə xüsusi əhəmiyyət verərək həmin dövrdə 100-dən çox tələbəni təhsil üçün xaricə göndərmişdilər. ✅ @growth_guide_ielts Centre də onların açdığı bu yola sadiq qalaraq tələbələrin xaricdə təhsilinə dəstək üçün əllərindən gələni edirlər. ☎️Nə sualınız varsa, ətraflı məlumat almaq üçün +994 10 300 1918 nömrəsi ilə əlaqə saxlayıb bu imkanlardan faydalana bilərsiniz.
    ادامه مطلب ...

    IMG_3786.MP4

    2 133
    2
    🍅Pomidorun vətəni Cənubi Amerika və Orta Amerikadır. 16-cı əsrdə ispan səyyahlar tərəfindən Avropaya aparılıb. Amma bu bəxtsiz pomidor 200 il boyunca Avropada yanlış anlaşılıb. Avropada pomidorun zəhərli olduğuna inanırdılar. Bu düşüncənin səbəbi pomidor yedikdən sonra ölən aristokratlar olub. Aristokratlar pomidoru qalaylı boşqablarda yeyirdilər. Bundan sonra onlar xəstələnib ölüdülər. Əslində isə ölüm səbəbləri qalay lövhələrdə çoxlu qurğuşun olması idi. Turşuluğu çox olan pomidor qabla təmas edirdi və qurğuşunla birlikdə yeyilmiş olurdu. Nəticədə insanlar qurğuşundan zəhərlənməsindən ölürdülər. Pomidorun qorxulu şöhrəti təxminən 200 il davam etdi. Nəhayət, elmin inkişafı ilə pomidorun zəhərli olmadığı bilindi və yenidən populyarlaşmağa başladı. 1880-ci ildə İtaliyada pizzanın icadı ilə pomidor Avropada populyarlıq qazandı və qorxulu tarix unuduldu. ✅ İstinad: RD/com, Smithsonian Magazine ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 051
    3
    📌Bu fotonu yəqin ki, çox yerdə görmüsünüz. Montaj deyil, real görüntüdür. 2010-cu ildə Qvatemalada çəkilib. Bu nəhəng çuxurun səbəbi Aqata tropik fırtınası ilə gələn seldir. Çuxurun dərinliyi 30 mərtəbəli bir bina qədər dərindir, eni isə 18 metrdir. Çuxurun başqa bir əsas səbəbi də suyun torpaq altındakı əhəng daşları arasındakı çatları böyütməsi və çökməyə səbəb olmasısıdır. Bu uzun müddətlik prosesdir, zamanla torpağın altı boşalır, son zərbə ilə də çökür.
    2 064
    2
    📌Maddi cəhətdən böyük bir dəyəri olmayan, şəxsi ehtiyacları ödəmək üçün önəmli belə sayılmayan əşyaları oğurlamaq istəyinə qarşı gələ bilməmək... Bu psixoloji problemin adı Kleptomaniyadır. İlk dəfə 1816-cı ildə müəyyənləşdirilib, sinifləndirilib. Kleptomaniyanı sadə, kiçik oğurluqlarla səhv salmaq olmaz. Oğurluqdakı motivasiyalar fərqlidir. Kiçik də olsa, oğurluqda əşyanın oğurlayan şəxs üçün yararlılıq məsələsi var. Kleptomaniyada eyni istək dəfələrlə təkrarlanır və insan ona qarşı gəlməyə çalışsa da, uğursuz olur. Bəzi nəzəriyyələrə görə, kleptomaniya problemi olan insanlanların beyni oğurladıqları əşyaları keçmişdə itirdikləri bəzi şeylərin simvolik təzminatı hesab edirlər. Digər nəzəriyyələrə görə isə, oğurluğun verdiyi hiss və həyəcanı xoşladıqları üçün təkrarlamaqlarıdır. ✅ İstinad: American Journal of Psychiatry, Encyclopaedia Britannica ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 057
    4
    📱HONOR sehrin gücünü yeməklərə qatır! HONOR yeni smartfonu olan HONOR Magic5 Pro modelinin üstünlüklərini nümayiş etdirəcək layihəyə start verir! HONOR Magic5 Pro seriyasının əsas hədəf kütləsinin kişilər olduğunu nəzərə alaraq, HONOR yeni modelin təqdimatında məşhur yemək bloggeri Osman Abdullayev ilə əməkdaşlıq etdi. O, Azərbaycanda satışa çıxan ilk “HONOR Magic Series” modeli ilə video hazırladı. Məqsəd smartfonun üstünlüklərini istifadəçilərə rahat şəkildə izah etməkdir. Videoda Osman izləyicilər üçün kişilərin sevimli yeməyi sayılan kabab hazırlayır. Yeməyin bütün detal və iştahaaçanlığını izləyicilərə çatdırmaq üçün yeni “HONOR Magic5 Pro”nun üstün funksiyalarından istifadə edilib. 50 MP Geniş və 50 MP Ultra Geniş Kamera, həm də 50 MP Telefoto Kamerasından ibarət güclü Üçlü Əsas Kamera birləşməsi burada öz gücünü göstərir. HONOR Magic5 Pro kamerası ilə “DXOMARK Smartphone Camera Renking”də 152 bal toplayaraq 1-ci mövqe tutan ilk smartfon olub. HONOR Magic5 1800 “nit”ə qədər parlaqlıq səviyyəsi ilə hətta parlaq günəş işığı altında belə aydın görüntülər təqdim edir və buna görə də smartfon “Ekran Parlaqlığını Artırma Texnologiyası”nın köməyi ilə yemək hazırlananda küçə çəkilişləri edən zaman öz hünərini ortaya qoyur. İstifadəçilərə fasiləsiz və üstün təcrübə yaşadan HONOR Magic5 Pro modelinin nümayiş edəcəyi digər özəllik isə 66 W simli və 50 W simsiz “HONOR SuperCharge”ı dəstəkləməsi və tam 5100 mAh tutumlu super böyük batareyaya malik olmasıdır. Smartfonu 100 % enerji ilə təmin etmək üçün 49 dəqiqə bəs edir. HONOR Magic5 Pro (12 GB+512 GB) bütün istifadəçilərinə əsl flaqman smartfon təcrübəsi yaşadan “HONOR Magic Series”in son modelidir. Smartfonun qara və çəmən yaşılı rəngləri mövcuddur. Qiyməti 2499,99 AZN təşkil edir. İyunun 4-nə qədər HONOR Magic5 Pro əldə edən hər kəsə HONOR Watch GS 3 və orijinal premium telefon qabı hədiyyə olunur. Yeni HONOR Magic5 Pro modelini İrşad və Baku Electronics-dən əldə edə bilərsiniz.
    ادامه مطلب ...

    IMG_3760.MP4

    1 960
    3
    Təkcə ABŞ dəniz piyadalarının təlimində yox, digər ölkələrin də xüsusi təyinatlı qruplarının təlimində ilan qanı içilir. Bu, şou göstərmək üçün deyil. Qan içmək içməli su tapılmayan yerlərdə bədəni sulu saxlamaq üçün həyati önəm daşıyır. Təlimlərdə əsgərlərə hansı ilanların zəhərli, hansılarının zəhərsiz olduğu, onları necə ovlamaq lazımdır məsələsini, zəhərli və zəhərsiz bitkiləri, od qalamaq kimi dərsləri öyrədirlər. ✅ İstinad: BusinessInsider, TaskAndPurpose ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 083
    1
    🔥Əsasən, nüvə bombardmançı təyyarəsi kimi nəzərdə tutulan yüksək gizlilik texnologiyalarına sahib "Northrop B-2 Spirit" Cəmi 21 ədəd istehsal edilib və bunlardan biri 2008-ci ildə qəzaya uğrayıb. Kosova, İraq, Əfqanıstan, Liviyada istifadə edilib. 80 ədəd 230 kq-lıq "MK 82" idarəedilən bombanı və ya 16 ədəd 1100 kq-lıq "B 83" nüvə bombasını daşıya bilir. 15 000 metr hündürlükdə hücum missiayasını yerinə yetirə bilir. 11 000 km məsafə qətt edə bilir. Havada bir dəfə yanacaq doldurmaqla bu məsafəni 19 000 km-ə çatdırmaq olur. Maksimum sürəti 1010 km/saatdır. Boş çəkisi 71,7 tondur (ümumi çəkisi 152 ton). B-2 Spritin əsas gücü onun gizlilik xüsusiyyətlərindədir. Demək olar ki, radarlara düşmür. İnsan müşahidəsi, infraqırmızı skanerlər, akustik lokatorlar kimi digər vasitələrlə aşkar etmək olar. ✅ İstinad: NorthropGrumman/com, Aeronautical Journal, MationalMuseum/af ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 302
    7
    🇯🇵Yaponların ənənəvi səhər yeməyi süfrəsi Səhər-səhər də balıq yeyirlər 😅
    2 308
    5
    📌Maddi cəhətdən böyük bir dəyəri olmayan, şəxsi ehtiyacları ödəmək üçün önəmli belə sayılmayan əşyaları oğurlamaq istəyinə qarşı gələ bilməmək... Bu psixoloji problemin adı Kleptomaniyadır. İlk dəfə 1816-cı ildə müəyyənləşdirilib, sinifləndirilib. Kleptomaniyanı sadə, kiçik oğurluqlarla səhv salmaq olmaz. Oğurluqdakı motivasiyalar fərqlidir. Kiçik də olsa, oğurluqda əşyanın oğurlayan şəxs üçün yararlılıq məsələsi var. Kleptomaniyada eyni istək dəfələrlə təkrarlanır və insan ona qarşı gəlməyə çalışsa da, uğursuz olur. Bəzi nəzəriyyələrə görə, kleptomaniya problemi olan insanlanların beyni oğurladıqları əşyaları keçmişdə itirdikləri bəzi şeylərin simvolik təzminatı hesab edirlər. Digər nəzəriyyələrə görə isə, oğurluğun verdiyi hiss və həyəcanı xoşladıqları üçün təkrarlamaqlarıdır. ✅ İstinad: American Journal of Psychiatry, Encyclopaedia Britannica ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 479
    4
    📌Fotoda həmin elektron dərinin prototipini görürsünüz. Bu elektron dəri temperatur, təzyiq, gərginlik kimi fərqlilikləri təyin edən sensorlara sahibdir. Həmin sensorlar ilə "sinir siqnallarımızın beyinlə əlaqə saxlaması"na bənzər formada elektron siqnallar ötürərək toxunuş hissi yaradılır. Stenford Universitetindən olan alimlərin bu möhtəşəm icadı robotik protezləri bir üst səviyyəyə daşıyacaq. Elektron dəri ilə protez istifadəsinə baxmayaraq insanlar toxunuşları hiss edəcəklər. ✅ İstinad: Science journal, Independent ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 305
    3
    📌Bu avtomobilin adı Dinasferdir (Dynasphere). 1930-cu ildə John Archibald Purves tərəfindən Böyük Britaniyada patenti alınıb. İlkin olaraq 2 prototipi var: Daha kiçik elektrikli model və benzin mühərrikli model. Sürət qutusu 3 pilləlidir. Maksimal sürəti saatda 48 km/saat. Benzin mühərrikli modelin hündürlüyü 3 metr, ağırlığı 450 kq idi. Daha sonra 8 sərnişin daşıya bilən "Dynasphere 8" modeli hazırlandı. Bütün bu yenilikçi, kreativ ideyalara baxmayaraq bu icad uğursuz oldu. Bunun əsas səbəbi nəqliyyat vasitəsinin sükanını çətinliklə idarə edilməsi və əyləc sisteminin çox pis olması ilə bağlıdır. John Archibald Purves bu icadı üçün Leonardo da Vinçi tərəfindən hazırlanan eksizlərdən ilhamlanıb. Hansı icad daşını qaldırırq altından Leonardo da Vinçi çıxır. Bu adam o qədər böyük bir dahidir ki... Bir ömürə fərqli-fərqli sahələrdə uğur əldə etmək, bu qədər çox kreativ olmaq, araşdırmalar, müşahidələr aparmaq dəhşətdir! ✅ İstinad: British Pathé, ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 358
    2
    📌 Bu qadının cəsədi Polşanın Pien kəndində vəbadan ölmüş insanların dəfn edildiyi məzarlıqda tapılıb. 17-ci əsrə aiddir. Həmin dövrdə bu cür basdırılmış başqa cəsədlər də var. 14-17-ci əsrlər arasında Avropa xristianları bir sıra bu cür dəfnlər ediblər. O dövrlərdə ölülərin dirilərək insanları dişləməsi və xəstəlik yayması barədə batil bir inanc var imiş. "Vampir" adlandırdıqları bu insanlar böyük ehtimal hansısa yoluxucu xəstəlikdən ölmüş insanlardır. Məzarlarda həmin insanların boğaz hissəsinə oraq bərkidilib ki, guya ölü dirilsə oraq boğazını kəssin və o şəxsləri yenidən öldürsün. Qeyd: Cəsədin sol ayağında da bir kilid var. ✅ İstinad: Insider, DailyMail ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 432
    5
    📌Təbiətdə bəzi canlılar öz bədənlərini yeyirlər. Bunun səbəbi bəzən səhvlik, bəzən də xilas olmaq üçün olur. Bəzi ilanlar, xüsusilə, quyruqlarını oynadan növlər öz quyruqlarının ov olduğunu düşünərək bədənlərini yeməyə başlayırlar. İlanlar isə dəri dəyişdirdikdən sonra köhnə dərilərini yeyirlər. Bəzən isə ayağı, qolu və ya başqa bir yeri harasa ilişən, hərəkətə maneə olan zaman it, ayı, meymun kimi canlılar xilas olmaq üçün öz bədənlərinin bir parçalarını dişləyib qoparırlar. Pişiklər doğumdan sonra öz ciftini (plasenta) yeyirlər. Təbiət çox qəribədir. Məsələn, bəzi insanlar da öz dırnaqlarını yeyirlər. ▶️ Videonümunə - ✅ İstinad: BBC, NewsWeek, Rob Clark Venitox (YouTube) ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 469
    3
    📌Tarixin ən qəribə beyin zədələnmələrindən biri: 1938-ci ildə İspaniya vətəndaş müharibəsində başından güllə ilə vurulan 25 yaşlı əsgər "M" hadisəsi Valensiya cəbhəsində başından vurulan əsgər "M" tibbi müdaxilələr ilə 2 həftə sonra özünə gələ bilir. Amma əsgər "M"in beyin zədələnməsinin şok bir nəticəsi olur. Əsgər "M" tərsinə görməyə başlayır. Bu bənzərsiz beyin problemi görmə səhvliyi ilə bitmir. Əsgər "M"-in eşitmə və toxunma ilə bağlı hissləri də tərsinə dəyişir. Həkimlər əsgər "M" üçün 3 sindrom təyin ediblər: Mərkəzi sindrom, Parasantral sindrom, Marjinal sindrom. Həkimlər xəstə "M" hadisəsinin bu gün belə beyin araşdırmaları və kliniki təcrübələr üçün önəmli bir mənbə olduğunu bildirirlər. ✅ İstinad: ScienceAlert, El Pais, Independent ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 551
    6
    📱 Son model HONOR Magic5 Pro smartfonunun
    Son model HONOR Magic5 Pro smartfonunun icmalı
    HONOR-un artıq yeni Magic5 Pro flaqman smartfonu var. Model müəyyən mənada unikaldır, çünki kompromissizdir. İstehsalçı, deyəsən, bütün ən qabaqcıl texnologiyaları götürüb və bu smartfonda quraşdırıb. Nəticədə isə DXOMARK-a görə HONOR kamera və displeylərin reytinqlərində lider mövqelərdədir. Gəlin yeni məhsulun xüsusiyyətlərinə nəzər salaq.  DXOMARK hesab edir ki, hazırda Magic5 Pro sənayedəki ən yaxşı displeyə malikdir və etiraza səbəb yoxdur. Ekran böyükdür, burada diaqonal 2448x1312 təsvir ölçüsü ilə 6…
    2 264
    2
    📌Edinburq Universitetindən paleontoloq və tədqiqatçı Stiv Brusatte bildirir ki, "Yumurtanın içərisindəki bu dinozavr embrionu gördüyüm ən gözəl fosillərdən biridir." Sözügedən yumurta indiyə qədər tapılmış natamam, ayrı-ayrı hisələri tapılan skeletlərdən fərqli olaraq tam və yaxşı qorunmuş haldadır. Çinin cənubunda tapılan bu fosilləşmiş yumurtanın yaşı 66 - 72 milyon il arasındadır. Yumurtadakı balanın başdan quyruğuna kimi uzunluğu 23,5 sm-dir. ✅ İstinad: ScienceAlert ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 538
    6
    🔥Bu görüntü cəhənnəmə tökülən insanlara oxşayır, amma sadəcə qatılaşan kristallaşmış lavadır. Foto 1996-cı ildə Havay adalarında Dr. Laszlo Kestay tərəfindən çəkilib. Foto deyileee, sənət əsəridir!
    2 705
    10
    📢 DİQQƏT - DİQQƏT, DANIŞIR Zein Games... Bilirik ki, kəşfiyyat oyunlarımız üçün darıxmısız. 🕵️‍♂️ Növbəti kəşfiyyat oyunumuza daha xoşbəxt və təbəssümlə qatılmağınız üçün yeni oyunumuza hazır olun! ⏰ Tarix: Önümüzdəki bazar günü (21 may 2023); 📍 Ərazi məhdudiyyəti yoxdur. ℹ️ Oyunun adı: “Smile and Earn” Gülümsəyərək həm əhvalınızı yaxşılaşdırın, həm də ZEİN 🎯 ballar qazanıb 💵 pula çevirin. Bunun üçün 📲 tətbiqimizi yükləməyiniz kifayətdir. Tətbiqin linki və ətraflı məlumat almaq üçün şərhdəki telegram 📨 kanalımıza daxil olun. ✅ Oyunun büdcəsi - 300 AZN-dir. 💰 🔥Tətbiqi yükləmə linki və oyun haqqında ətraflı məlumat almaq üçün mütləq telegram kanalına qoşulmalısınız. 📌XÜSUSİ QEYD: Oyunda iştirak etmək ÖDƏNİŞSİZDİR. Hər kəsə uğurlar!
    ادامه مطلب ...
    2 555
    1
    📌Söhbət hindistanlı Dashrath Manjhidən gedir. Manjhi Bihar əyalətinin Gehlaur kəndində yaşayan hindli bir fəhlə və tarla işçisi olub. Kəndin yolu elə imiş ki, ən yaxın həkimə getmək üçün 90 km yol qətt etmək lazım imiş. Manjhinin həyat yoldaşı 1959-cu ildə dağdan yıxılaraq ağır dərəcədə yaralanır və ən yaxın həkimə çatdırılması gecikdiyi üçün həyatını itirir. Hadisə Dashrath Manjhidə ağır izlər buraxır. O, qərar verir ki, çəkici və iskənəsi ilə (daşı, taxtanı oymaq üçün metal alət - chisel) dağı yarıb yolu qısaltsın. 1960-cı ildə işə başlayır. İlk vaxtlar kənd sakinləri ona lağ etsələr də, sonralar yemək və alət gətirərək ona dəstək olurlar. 22 il boyunca Manjhi möhkəm iradəsi ilə bu yolu açmaq üçün işləyir. Nəhayət, dağı yararaq uzunluğu 110 metr, genişliyi 9 metr olan bu keçidi aça bilir. kəndin yolu 40 km qısalır. Xalq arasında "Dağ adamı" ləqəbi ilə tanınır və baş nazir tərəfindən mükafatlandırılır. Haqqında sənədli film və film çəkilib. ✅ İstinad: IndiaToday, DailyMail ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 503
    4
    📌İsveçrə yaranandan indiyə kimi, 1848-ci ildən etibarən ölkədə bu sistem dəyişməyib. 175 ildir ki, İsveçrədə hər il prezident dəyişdirilir. Sistem maşın kimi işləyir, İsveçrə xalqı isə yaşayır… İsveçrə federativ respublikadır - İsveçrə konfederasiyası. 7 üzvlü konfederasiyanın başçısı İsveçrənin prezidenti sayılır. Prezident federal şuranın iclaslarını idarə edir. Konfederasiya prezidentinin digər 6 məclis üzvü üzərində heç bir səlahiyyəti olmur. İsveçrədə vətəndaşlar seçkilərdə aktiv iştirak etmirlər. Məsələn, 2011-ci ildəki referendumlarda vətəndaşlar təxminən 49% aktivlik göstərmişdilər. Bu ölkədə referendumlar təkcə federativ məclis tərəfindən təklif olunmur. Sadə vətəndaşlar da qanuna istədikləri dəyişikliyi təklif edə bilərlər. Əgər hər hansı bir mövzuda vətəndaşlar 100 000 imza toplaya bilsələr, referendum keçirilir. ✅ İstinad: Baripedia, Britannica Encyclopedia ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 780
    6
    📌Meksikalı bu qızın 11 yaşı var, adı Adhara Maite Pérez Sánchezdir. 3 yaşında ona autizm diaqnozu qoyulub. Hazırda bu qızın IQ (zəka səviyyəsi) göstəricisi 162-dir! Bu göstəriciyə görə Adhara, Albert Eynşteyn (160 IQ) və Stiven Hokinq (160 IQ) kimi dahilərdən daha yüksək zəka səviyyəsinə sahibdir. Hazırda Adhara mühəndislik sahəsində magistr dərəcəsi üzrə təhsil alır. Üstün zəkasına görə o, təhsil pillələrini sürətlə keçib. Halbuki, məktəbə başlayanda müəllimləri və digər şagirdlər tərəfindən kobud rəftar görə valideynləri 3 dəfə məktəb dəyişdirməli olublar. Adhara Pérez hazırda Meksika Kosmik Agentliyi ilə birgə hazırlaşır və G testlərindən keçir. İddiaya görə, bu qız bütün testləri və təhsilini tamamladıqdan sonra 17 yaşında kosmosa uçan ilk autizmli insan olacaq. Bəlkə də dünyada və ölkəmizdə nə qədər belə kəşf edilməmiş uşaqlar var... ✅ İstinad: Times of India, Dr. Diane Hamilton, DailyMail ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 905
    11
    📌"Jizai" adlı Yaponiya şirkəti insanlara əlavə robot qollar, əllər hazırlamaq üzərində işləyir. İndiyə qədər əli, qolu olmayan insanlar üçün protez robotik əllər, qollar barədə eşitmişdik. Amma bu mövcud qollarımızdan əlavə qollarımızın olması deməkdir. Çox qəribə ideyadır. Bu cihazı tanıdmaq məqsədi ilə şirkət bir video yayımlayıb. 2 insan əlavə 2-4 robot qolları ilə birlikdə klassik musiqi ilə rəqs edirlər. ▶️ Video: ✅ İstinad: Jizai, Futurism ✅ Hazırladı: Albert Eynişeydi
    ادامه مطلب ...
    2 684
    5
    Last updated: ۱۱.۰۷.۲۳
    Privacy Policy Telemetrio